“Kəndlərin inkişafı üçün ayrıca dövlət proqramı qəbul edilməlidir”
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Milli Məclisin deputatı Razi Nurullayev kəndlərin inkişafı və bölgələrdə yaşayış şəraitinin yaxşılaşdırılması üçün dövlət proqramının qəbul edilməsinin vacibliyini bildirib.
Gununesi.info xəbər verir ki, deputat bu barədə “Gündəm müzakirəsi” verilişində danışıb.
O qeyd edib ki, kəndlərdə yaşayış şəraiti yaxşılaşdırılmalı, iş və qazanc imkanları artırılmalıdır:
“Kəndlərin inkişafı üçün ayrıca dövlət proqramı qəbul edilməli, kənddə yaşamaq insanlar üçün cəlbedici və üstün seçimə çevrilməlidir. Şəhərdə rahat yaşayış, iş, qazanc və asudə vaxtın keçirilməsi üçün şərait var. Kəndlərdə də bu imkanlar yaradılmalıdır. Əks halda, insanların şəhərlərə köçü davam edəcək. Nəticədə kənd təsərrüfatının inkişafı, bu sahədə istehsalın artırılması və qarşıya qoyulan hədəflərə çatmaq çətinləşəcək”.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 25 Noyabr 2026 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















