Kəngərlidə minifutbol meydançasında açılış FOTO İdman və Biz | Icma.az
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Noyabrın 6-sı Kəngərli rayonu Qıvraq qəsəbəsində yerləşən minifutbol meydançasının yenidənqurma işlərindən sonra rəsmi açılışı olub.
İdman.biz xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov, rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, rayondakı aidiyyəti qurumların məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, məşqçi və idmançılar iştirak edib.
Tədbirdə çıxış edən icra başçısı Kamal Ələkbərov Qabıllı kəndindən sonra rayonda özəl investisiya hesabına ikinci minifutbol meydançasının istifadəyə verilməsini idmanın inkişafı ilə yanaşı, sahibkarlığa göstərilən dövlət qayğısının təzahürü kimi qiymətləndirib, bu hadisəsinin ümumilikdə rayon sakinlərinin sağlamlığına, asudə vaxtının səmərəli təşkilinə mühüm töhfə olduğunu deyib.
Gənclər və İdman Nazirliyinin hüquqi yardımı və müvafiq addımlarının önəmindən bəhs edən Kamal Ələkbərov birgə əməkdaşlığın, işgüzar əlaqələrin nəticəsi kimi əvvəlki yararlı vəziyyətinə qaytarılan, şəraiti daha da artırılan bu meydançanın ərsəyə gəlməsində əməyi keçənlərə, öz öhdəliklərini lazımi qaydada yerinə yetirən sahibkara təşəkkür edib.
İcra başçısı sözügedən məkanın futbolçu hazırlığının yüksəldilməsinə, sakinlərin sağlam həyat tərzinə təşviqinə, ümumilikdə rayonun idman həyatında canlanmaya səbəb olacağını vurğulayıb.
Nazir müavini Məcid Seyidov "Naxçıvan Muxtar Respublikasının sosial iqtisadi inkişafına dair 2023-2027-ci illər” üçün Dövlət Proqramı və dövlət idman siyasətinə uyğun olaraq Naxçıvanda idman infrastrukturunun daha da gücləndiriləcəyini diqqətə çatdırıb, yaxın gələcəkdə görüləcək işlərdən bəhs edib.
Qeyd olunub ki, birbaşa dövlət xətti ilə nəzərdə tutulan işlərin icrası ilə paralel olaraq eyni məqsəd və hədəflər istiqamətində sahibkarlarla da iş aparılır, onlara hüquqi yardımlar göstərilir.
Tam oxu
Xəbəri oxu