Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Kəngərlidə minifutbol meydançasında açılış FOTO İdman və Biz

Kəngərlidə minifutbol meydançasında açılış FOTO İdman və Biz

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 6-sı Kəngərli rayonu Qıvraq qəsəbəsində yerləşən minifutbol meydançasının yenidənqurma işlərindən sonra rəsmi açılışı olub.

İdman.biz xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov, rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, rayondakı aidiyyəti qurumların məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, məşqçi və idmançılar iştirak edib.

Tədbirdə çıxış edən icra başçısı Kamal Ələkbərov Qabıllı kəndindən sonra rayonda özəl investisiya hesabına ikinci minifutbol meydançasının istifadəyə verilməsini idmanın inkişafı ilə yanaşı, sahibkarlığa göstərilən dövlət qayğısının təzahürü kimi qiymətləndirib, bu hadisəsinin ümumilikdə rayon sakinlərinin sağlamlığına, asudə vaxtının səmərəli təşkilinə mühüm töhfə olduğunu deyib. Gənclər və İdman Nazirliyinin hüquqi yardımı və müvafiq addımlarının önəmindən bəhs edən Kamal Ələkbərov birgə əməkdaşlığın, işgüzar əlaqələrin nəticəsi kimi əvvəlki yararlı vəziyyətinə qaytarılan, şəraiti daha da artırılan bu meydançanın ərsəyə gəlməsində əməyi keçənlərə, öz öhdəliklərini lazımi qaydada yerinə yetirən sahibkara təşəkkür edib. İcra başçısı sözügedən məkanın futbolçu hazırlığının yüksəldilməsinə, sakinlərin sağlam həyat tərzinə təşviqinə, ümumilikdə rayonun idman həyatında canlanmaya səbəb olacağını vurğulayıb.

Nazir müavini Məcid Seyidov "Naxçıvan Muxtar Respublikasının sosial iqtisadi inkişafına dair 2023-2027-ci illər” üçün Dövlət Proqramı və dövlət idman siyasətinə uyğun olaraq Naxçıvanda idman infrastrukturunun daha da gücləndiriləcəyini diqqətə çatdırıb, yaxın gələcəkdə görüləcək işlərdən bəhs edib. Qeyd olunub ki, birbaşa dövlət xətti ilə nəzərdə tutulan işlərin icrası ilə paralel olaraq eyni məqsəd və hədəflər istiqamətində sahibkarlarla da iş aparılır, onlara hüquqi yardımlar göstərilir. Bu ilin iyun ayında nazirliyin Kəngərlidə keçirdiyi vətəndaş qəbulu zamanı rayon sakini Söhrab Həsənlinin müraciətini xatırladan Məcid Seyidov bildirib ki, vətəndaşın meydançadakı problemləri şəxsi vəsaiti hesabına aradan qaldırmaqla icarəyə götürmək istəyi tərəfimizdən yüksək qiymətləndirilib, aparılmış müzakirə və məsləhətləşmələrdən sonra hüquqi prosedur başladılıb, sahibkarlıq fəaliyyətinə dövlət dəstəyi göstərilib. Nazir müavini əhalinin, xüsusən də gənc nəslin idmana təşviqi və idman xidmətlərinin əlçatanlığı baxımından meydançanın əhəmiyyətini önə çəkib, sahibkarla bağlanmış müqavilə öhdəliyinə uyğun olaraq meydançada idman yarışlarının və məşqlərin keçirilməsi üçün təmənnasız şərait yaradılacağını diqqətə çatdırıb.

Rəsmilər rayon ictimaiyyətini, idmançıları minifutbol meydançasının yenidən fəaliyyətə başlaması, eyni zamanda qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edib, sakinlərin yaradılan şəraitdən səmərəli şəkildə yararlanacaqlarına inamlarını ifadə ediblər.

Sahibkarın atası Nəcəf Həsənli göstərilən dövlət dəstəyinə görə minnətdarlıq edib, rayondakı bu infrastruktur yeniliyinin ilk növbədə insanların sağlam həyat tərzinə təşviqinə xidmət edəcəyini bildirib. Məşqçi-müəllim Seyidov Mirhəşim meydançanın hazırkı vəziyyətinin uşaq və gəncləri sevindirdiyini, məşqlərin və yarışların keçirilməsi üçün əlverişli olduğunu deyib, göstərilən diqqət və qayğıya görə təşəkkür edib.

Çıxışların ardınca rəsmilər yaradılan şəraitlə tanış olub, sonra yoldaşlıq oyununu izləyiblər.

Qeyd edək ki, avqustun 31-də yenidənqurma və bərpa prosesinə start verilən meydançada ötən müddət ərzində ot örtüyünün döşənməsi, projektorların yenisi ilə əvəzlənməsi, boyama və digər zəruri işlər icra olunub. Meydançanın ətrafında soyunub-geyinmə otağı inşa olunub. İnşaat işləri paytaxt Bakıda fəaliyyət göstərən özəl şirkətin işçi qrupu tərəfindən həyata keçirilib.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 06 Noyabr 2024 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see289

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see225

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see211

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see207

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see204

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see188

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see159

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see158

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri