Keniyada səfirliyimiz açılıb | Icma.az
Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən. Azərbaycan çoxvektorlu xarici siyasət kursuna malikdir.
Respublikamız həm qonşuluqda, həm də uzaq coğrafiyalarda yerləşən dövlətlərlə əlaqələrini qarşılıqlı maraqlar əsasında davamlı olaraq genişləndirir.
Belə səmərəli multiregional siyasətin nəticəsidir ki, bu gün yaxın qonşuluqda, geniş İslam coğrafiyasında, Türk birliyində, Avropa İttifaqında (Aİ) respublikamıza dərin hörmət bəslənilir.
Son illərdə isə Azərbaycan, necə deyərlər, həm də Afrikanı fəth etməkdədir.
Bu günlərdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Keniyanın Baş naziri, eyni zamanda, xarici və diaspora işləri naziri Musalia Mudavadi ilə görüşü çərçivəsində Azərbaycanın Nayrobidəki səfirliyinin açılış mərasimində iştirak edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial media hesabında məlumat yayılıb.
Bildirilib ki, xarici işlər nazirləri diplomatik nümayəndəliyin açılmasını Azərbaycan-Keniya dövlətlərarası münasibətlərinin davam etdirilməsi və gücləndirilməsi, ünsiyyətin asanlaşdırılması və əməkdaşlığın inkişafı istiqamətində mühüm addım kimi qiymətləndiriblər.
C.Bayramov, həmçinin Keniyanın ev sahibi olan ölkə kimi diplomatik nümayəndəliyin düzgün fəaliyyəti üçün yaratdığı əlverişli mühit və şəraiti də vurğulayıb.
Tam oxu
Xəbəri oxu