Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Keniyada səfirliyimiz açılıb

Keniyada səfirliyimiz açılıb

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Azərbaycan çoxvektorlu xarici siyasət kursuna malikdir. Respublikamız həm qonşuluqda, həm də uzaq coğrafiyalarda yerləşən dövlətlərlə əlaqələrini qarşılıqlı maraqlar əsasında  davamlı olaraq genişləndirir. Belə səmərəli multiregional siyasətin nəticəsidir ki, bu gün yaxın qonşuluqda, geniş İslam coğrafiyasında, Türk birliyində, Avropa İttifaqında (Aİ) respublikamıza dərin hörmət bəslənilir.

Son illərdə isə Azərbaycan, necə deyərlər,  həm də Afrikanı fəth etməkdədir. Bu günlərdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Keniyanın Baş naziri, eyni zamanda, xarici və diaspora işləri naziri Musalia Mudavadi ilə görüşü çərçivəsində Azərbaycanın Nayrobidəki səfirliyinin açılış mərasimində iştirak edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial media hesabında məlumat yayılıb. Bildirilib ki, xarici işlər nazirləri diplomatik nümayəndəliyin açılmasını Azərbaycan-Keniya dövlətlərarası münasibətlərinin davam etdirilməsi və gücləndirilməsi, ünsiyyətin asanlaşdırılması və əməkdaşlığın inkişafı istiqamətində mühüm addım kimi qiymətləndiriblər.

C.Bayramov, həmçinin Keniyanın ev sahibi olan ölkə kimi diplomatik nümayəndəliyin düzgün fəaliyyəti üçün yaratdığı əlverişli mühit və şəraiti də vurğulayıb.

Afrikada Azərbaycana artan maraq

Afrika elə bir məkandır ki, dünyanın bir sıra möcüzələrinə məhz burada rast gəlmək mümkündür. Belə ki, Yer üzünün ən uzun çayı, ən uzun şirinsulu gölü, şərq yarımkürəsinin ən bol sulu çayı, quruda yer qabığının ən uzun çatı, dünyanın ən isti nöqtəsi, dünyanın ən quraq nöqtələrindən biri, ən böyük quraq təbii kompleksi, ən geniş savannası bu materikdədir. Ekvator xətti  və sıfırıncı meridian bu materikdən keçdiyinə görə o, 4 yarımkürədə yerləşir.

Bir sıra bu kimi fərqlilikləri və ekzotik cəhətləri ilə diqqət çəkən Afrikada son illərdə Azərbaycana maraq artıb ki, bu da səbəbsiz deyil. Burada iki mühüm amili xüsusi qeyd edə bilərik:

-Birinci amil, heç şübhəsiz ki, Azərbaycanın qısa müstəqillik tarixində keçdiyi inkişaf yolu və qazandığı uğurlarla bağlıdır. Bu gün dünyadakı təlatümlərə, yaşanan siyasi və iqtisadi böhranlara rəğmən, respublikamız sabitlik və inkişaf adası kimi fərqlənir. Hazırda respublikamız iqtisadi və siyasi müstəqilliyini tam təmin etmiş azsaylı ölkələr sırasında yer alır. Bu milli model müstəqillik yolunun başlanğıcında olan  Afrika dövlətləri üçün çox cəlbedicidir.

-İkinci amil, müstəqil Azərbaycanın müstəmləkəçiliyin bütün təzahürlərinə qarşı apardığı ardıcıl mübarizə ilə Afrika xalqlarının azadlıq istəyinin üst-üstə düşməsi ilə bağlıdır. Afrikada müstəmləkəçiliyin dərin kökləri var. Müstəmləkəçilər burada ən yararlı torpaqları ələ keçiriblər və son dərəcə ağır şərtlər altında sümürmə siyasəti aparırlar.

XX əsrin əvvəlindən etibarən  Afrikada milli-azadlıq hərəkatı güclənib. Getdikcə artan soyğunçuluqdan və rəhmsiz istismardan son dərəcə ümidsiz vəziyyətə düşən Afrika xalqları müstəmləkə əsarətindən azad olmağa dəfələrlə cəhd göstərmiş, silahlı mübarizəyə qalxmışlar. İkinci dünya müharibəsi ərəfəsində qitədə Efiopiya, Misir, Liberiya, CAR olmaqla 4 müstəqil ölkə var idi. Sonradan onların sayı 60-dək artıb.

Hazırda Afrikada müstəmləkəçiliyə qarşı mübarizənin yeni dalğası başlayıb. O cümlədən Azərbaycan qitənin ayrı-ayrı ölkələrində müstəmləkəçilk siyasətinin ifşa olunmasında mühüm rol oynayır və xalqların azadlıq mübarizəsinə dəstək göstərir. Azərbaycanın müstəmləkəçiliyə qarşı mübarizəyə ardıcıl siyasi dəstək verməsi Afrika xalqları tərəfindən  minnətdarlıqla qəbul olunur və onlar respublikamızla əməkdaşlıq etməyə böyük maraq göstərirlər.

Genişlənən Azərbaycan - Keniya münasibətləri

Ümumi sahəsi 580,367 kvadrat kilometr olan, əhalisinin sayı 47 milyon nəfəri ötən Keniya müstəqilliyini 12 dekabr 1963-cü il tarixində qazanıb. Azərbaycan Respublikası ilə Keniya Respublikası arasında diplomatik əlaqələr 28 may 2004-cü ildə qurulub.

Ölkələrimiz arasında istər ikitərəfli əsasda, istərsə də beynəlxalq təsisatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq mövcuddur. Qarşılıqlı əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün hər iki ölkə geniş imkanlara malikdir. Son dövrlərdə qarşılıqlı səfər mübadilələri əhəmiyyətli dərəcədə çoxalıb ki, bu da hər iki tərəfin əlaqələrin genişlənməsində maraqlı olduğunu əyani şəkildə təsdiqləyir. Xatırlatmaq yerinə düşər ki, Keniyanın Baş naziri Musalia Mudavadi sonuncu dəfə 2024-cü il noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

Öz növbəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Keniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri, xarici işlər və diaspor naziri Musalia Mudavadi ilə görüşüb. Tərəflər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Geniştərkibli görüş zamanı Azərbaycan-Keniya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində yer alan aktual məsələlər müzakirə edilib. Diplomatik münasibətlərin 20 illiyinin qeyd olunduğu Azərbaycan-Keniya əlaqələrinin qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığına dair həmfikirlik ifadə olunub, ali və yüksək səviyyəli səfərlərin dinamikasının saxlanılması, xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin müntəzəmliyinin təmini və ikitərəfli hüquq-müqavilə bazasının gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycan ilə Keniya arasında BMT, Qoşulmama Hərəkatı və BMT-nin İqlim Dəyişikliyi Konfransı kimi çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığın məmnunluq doğurduğu diqqətə çatdırılıb.

Səfər çərçivəsində Ceyhun Bayramov, həmçinin Keniya Prezidenti Vilyam Samoei Ruto tərəfindən qəbul edilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumatda bildirilib ki, görüşdə tərəflər yüksəksəviyyəli qarşılıqlı səfərlərin, siyasi dialoqun və qurumlararası təmasların əməkdaşlığın inkişafına xidmət etdiyini vurğulayıblar. Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətinə diqqət çəkərək, tərəfdaşlığın bütün sahələrdə möhkəmlənəcəyinə dair əminlik ifadə ediblər. Bununla yanaşı, iqtisadiyyat, enerji, kənd təsərrüfatı, təhsil, mədəniyyət, turizm və idarəçilik sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Azərbaycan XİN-in rəhbərinin Keniyaya rəsmi səfəri həmçinin bir sıra digər görüş və tədbirlərlə də yadda qalıb. O cümlədən səfər çərçivəsində Nayrobi şəhərində 28 May - Azərbaycanın Müstəqillik Gününə və ölkəmizin Keniyada səfirliyinin rəsmi açılışına həsr olunmuş rəsmi qəbul təşkil olunub. Tədbirdə Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığının genişləndirilməsinin qarşılıqlı faydaya və ümumi məqsədlərə əsaslandığı və bu baxımdan Keniyada səfirliyin açılmasının ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyduğu vurğulanıb.

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 İyun 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see635

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see606

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see603

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see495

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see453

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see417

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see388

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see383

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see343

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see334

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see331

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see324

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see318

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see317

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see315

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see310

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see307

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see303

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see299

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see281
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri