“Kəpəz” “Hapoel”dən futbolçu transfer etdi

01.09.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

“Kəpəz” “Hapoel”dən futbolçu transfer etdi

“Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib.

QOL.az xəbər verir ki,  bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gəncə təmsilçisi albaniyalı mərkəz müdafiəçisi David Domqjonini transfer edib. 29 yaşlı futbolçu ilə bağlı digər müqavilə detalları açıqlanmayıb.

Qeyd edək ki, futbolçunun son klubu İsrailin “Hapoel” (Yerusəlim) komandası olub.

Xatırladaq ki, "Kəpəz" bu yay Rojerio Santos (son klubu "İroni Tiberias", İsrail), Vadim Abdullayev (son klubu "Karvan-Yevlax"), Azuma Abubakar (son klubu  “Lustenau”, Avstriya), Urfan Abbasov (son klubu "Araz-Naxçıvan"), Kennet Kalunqa (son klubu “Mingəçevir”), Viktor Stina (Son klubu "Zimbru", Moldova), Hüseyn Babayev ("Baku Sportinq"), Namiq Ələsgərov ("Zirə"), Rəşad Əzizli (son klubu "Səbail"), Olabiran Blessinq Muyiva (son klubu “Akritas”, Kipr) və Demond Akuanı ("Son klubu "Dender", Belçika) da heyətinə cəlb edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью