“Kəpəz” “Hapoel”dən futbolçu transfer etdi
Icma.az bildirir, Qol.az portalına istinadən.
“Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gəncə təmsilçisi albaniyalı mərkəz müdafiəçisi David Domqjonini transfer edib. 29 yaşlı futbolçu ilə bağlı digər müqavilə detalları açıqlanmayıb.
Qeyd edək ki, futbolçunun son klubu İsrailin “Hapoel” (Yerusəlim) komandası olub.
Xatırladaq ki, "Kəpəz" bu yay Rojerio Santos (son klubu "İroni Tiberias", İsrail), Vadim Abdullayev (son klubu "Karvan-Yevlax"), Azuma Abubakar (son klubu “Lustenau”, Avstriya), Urfan Abbasov (son klubu "Araz-Naxçıvan"), Kennet Kalunqa (son klubu “Mingəçevir”), Viktor Stina (Son klubu "Zimbru", Moldova), Hüseyn Babayev ("Baku Sportinq"), Namiq Ələsgərov ("Zirə"), Rəşad Əzizli (son klubu "Səbail"), Olabiran Blessinq Muyiva (son klubu “Akritas”, Kipr) və Demond Akuanı ("Son klubu "Dender", Belçika) da heyətinə cəlb edib.
Baxış sayı:41
Bu xəbər 01 Sentyabr 2026 19:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















