Icma.az, Fanat portalına istinadən məlumat verir.
Misli Premyer Liqasının 15-ci turu çərçivəsində bu gün "Araz-Naxçıvan"ın qonağı olacaq "Kəpəz"in oyuna neçə itki ilə çıxacağı bəlli olub.
Gəncə təmsilçisindən Fanat.Az-a verilən məlumata görə, baş məşqçi Azər Bağırov 3 futbolçunun xidmətindən məhrumdur.
Ötən tur 4-cü sarı vərəqəni alan Olovale Onanuqa cəzalı duruma düşübsə, braziliyalı hücumçu Paçu zədəlidir. Bir müddət öncə əməliyyat olunan Mahamadu Ba da hələ sıraya dönməyib.
Qeyd edək ki, "Liv Bona Dea Arena"da keçiriləcək "Araz-Naxçıvan" - "Kəpəz" matçı 17:00-da başlayacaq.
Nihat