Kəpəz in 3 futbolçusu Araz Naxçıvan la oyunu kənardan izləyəcək
Icma.az, Fanat portalına istinadən məlumat verir.
Misli Premyer Liqasının 15-ci turu çərçivəsində bu gün "Araz-Naxçıvan"ın qonağı olacaq "Kəpəz"in oyuna neçə itki ilə çıxacağı bəlli olub.
Gəncə təmsilçisindən Fanat.Az-a verilən məlumata görə, baş məşqçi Azər Bağırov 3 futbolçunun xidmətindən məhrumdur.
Ötən tur 4-cü sarı vərəqəni alan Olovale Onanuqa cəzalı duruma düşübsə, braziliyalı hücumçu Paçu zədəlidir. Bir müddət öncə əməliyyat olunan Mahamadu Ba da hələ sıraya dönməyib.
Qeyd edək ki, "Liv Bona Dea Arena"da keçiriləcək "Araz-Naxçıvan" - "Kəpəz" matçı 17:00-da başlayacaq.
Nihat
Baxış sayı:92
Bu xəbər 09 Dekabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















