Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. “Kəpəz” yenidən sponsorsuz qala bilər.
Fanat.Az "Futbolinfo.az"-a istinadən xəbər verir ki, bir müddətdir Gəncə klubunu himayəyə götürmək istəyən iş adamları kənara çəkilməyə qərar verib.
Futbolinfo.az xəbər verir ki, SOCAR-a bağlı olduğu bilinən, amma adı gizli saxlanılan şirkətin nümayəndələri artıq xeyli zamandır kluba maliyyə ayırır.
Komandaya böyük mükafatlar verən, futbolçuları qələbələrə stimullaşdıran himayədarlar rəsmi təqdimat mərasimi keçirərək klubu qəbul etmək istəyirdi.
Lakin bürokratik əngəllər onların küsməsinə səbəb olub. Məsələ ondadır ki, sponsorlar klubu təhvil almaq, rəhbər heyəti tamamilə dəyişmək ni
Lakin klubun hazırkı İdarə Heyətinin üzvləri getmək istəmir.
Onlar yeni himayədarların yalnız vəsait ayırmasını, idarəçiliyə qarışmamasını arzulayır. Təbii ki, sponsorlar da buna razı deyil.
Yeni gələnlər klubu böyütmək üçün öz kadrlarını müxtəlif postlara təyin etmək fikrindədir.