Icma.az
close
up
RU
Kəpəz yenidən sponsorsuz qala bilər

Kəpəz yenidən sponsorsuz qala bilər

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Kəpəz” yenidən sponsorsuz qala bilər. 

Fanat.Az "Futbolinfo.az"-a istinadən xəbər verir ki, bir müddətdir Gəncə klubunu himayəyə götürmək istəyən iş adamları kənara çəkilməyə qərar verib.

Futbolinfo.az xəbər verir ki, SOCAR-a bağlı olduğu bilinən, amma adı gizli saxlanılan şirkətin nümayəndələri artıq xeyli zamandır kluba maliyyə ayırır. Komandaya böyük mükafatlar verən, futbolçuları qələbələrə stimullaşdıran himayədarlar rəsmi təqdimat mərasimi keçirərək klubu qəbul etmək istəyirdi. Lakin bürokratik əngəllər onların küsməsinə səbəb olub.

Məsələ ondadır ki, sponsorlar klubu təhvil almaq, rəhbər heyəti tamamilə dəyişmək niyyətindədir. Lakin klubun hazırkı İdarə Heyətinin üzvləri getmək istəmir. Onlar yeni himayədarların yalnız vəsait ayırmasını, idarəçiliyə qarışmamasını arzulayır. Təbii ki, sponsorlar da buna razı deyil. Yeni gələnlər klubu böyütmək üçün öz kadrlarını müxtəlif postlara təyin etmək fikrindədir.

Hətta bu şəxsləri Gəncə klubuna cəlb edən AFFA da onları getməyə razı sala bilmir. Sənədləşmə işləri dayanıb, himayədarlar pul xərclədikləri klubda söz sahibi olmağı bacarmırlar. Buna görə də onlar geri çəkilməyə qərar verib. Yaxın bir həftə ərzində problem həllini tapmasa, onlar I Liqa klublarından birini himayəsinə götürüb yeni layihəyə başlayacaqlar.

Maraqlıdır ki, oxşar proses vaxtilə “Turan Tovuz”da, yaxınlarda isə “Mingəçevir”də rahatlıqla reallaşdı. Başıbəlalı Gəncə futbolu isə növbəti dəfə şəxsi maraqların qurbanı olmaq üzrədir.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://fanat.az
archiveBu xəbər 11 Fevral 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see290

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see262

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see260

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see255

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see253

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see250

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see245

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see237

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see236

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see234

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see228

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see228

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see222

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see216

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see216

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see213

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see212

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see211

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri