Kəramət Böyükçöldən maraqlı və həssas çağırış Hamı bir birini xəbərdar etsin

12.11.2026

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yazıçı Kəramət Böyükçöl qarşıdan gələn soyuq havalarla əlaqədar vətəndaşlara dəm qazı təhlükəsi barədə maraqlı və həssas xəbərdarlıq edib.

Gununsesi.info xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı statusda Azərbaycanda yay aylarında Xəzər dənizində boğulma, qış aylarında isə dəm qazından zəhərlənmə nəticəsində insanların həyatını itirməsinə diqqət çəkib.

Kəramət Böyükçöl bildirib ki, hər kəs sosial şəbəkədə dəm qazı təhlükəsi ilə bağlı maarifləndirici status paylaşmalı, öz ətrafındakı insanları ehtiyatlı olmağa çağırmalıdır.

Yazıçı çağırışında bu fikirləri səsləndirib:

“Azərbaycanda yayda Xəzər dənizi, qışda dəm qazından ölən adamlardan şəhər salmaq olardı. Qarşıdan soyuq havalar gəlir. Hərə bir status yazsın, öz ətrafına xəbərdarlıq eləsin ki, dəm qazından ehtiyatlı olsunlar. Bəlkə faydası olar”.

Kəramət Böyükçölün bu çağırışı qarşıdan gələn qış mövsümündə dəm qazı təhlükəsinə qarşı ictimai maarifləndirmənin vacibliyini bir daha gündəmə gətirib.

Elmar

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью