Kəramət Böyükçöldən maraqlı və həssas çağırış Hamı bir birini xəbərdar etsin
Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yazıçı Kəramət Böyükçöl qarşıdan gələn soyuq havalarla əlaqədar vətəndaşlara dəm qazı təhlükəsi barədə maraqlı və həssas xəbərdarlıq edib.
Gununsesi.info xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı statusda Azərbaycanda yay aylarında Xəzər dənizində boğulma, qış aylarında isə dəm qazından zəhərlənmə nəticəsində insanların həyatını itirməsinə diqqət çəkib.
Kəramət Böyükçöl bildirib ki, hər kəs sosial şəbəkədə dəm qazı təhlükəsi ilə bağlı maarifləndirici status paylaşmalı, öz ətrafındakı insanları ehtiyatlı olmağa çağırmalıdır.
Yazıçı çağırışında bu fikirləri səsləndirib:
“Azərbaycanda yayda Xəzər dənizi, qışda dəm qazından ölən adamlardan şəhər salmaq olardı. Qarşıdan soyuq havalar gəlir. Hərə bir status yazsın, öz ətrafına xəbərdarlıq eləsin ki, dəm qazından ehtiyatlı olsunlar. Bəlkə faydası olar”.
Kəramət Böyükçölün bu çağırışı qarşıdan gələn qış mövsümündə dəm qazı təhlükəsinə qarşı ictimai maarifləndirmənin vacibliyini bir daha gündəmə gətirib.
Elmar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 12 Noyabr 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















