Icma.az bildirir, Cebheinfo portalına istinadən. Yazıçı Kəramət Böyükçöl Əli Kərimlinin şəxsi trollarının aqressiv ritorikasının hədəfinə gə
Səbəb isə onun Əli Kərimlini ritorik formada tənqid etməsi olub. Əli Kərimlinin trol ordusu isə Kəramətə təhqir dolu hücuma keçib.
İnsaf naminə, haqq naminə Kəramət Böyükçöl Əli Kərimlinin təhqir edəcək heç bir ifadə işlətməyib.
Son günlər ölkədə baş verən hadisələrə, “5-ci kolon”un ifşası ilə bağlı olaylara öz münasibətini bildirib.
Kəramət Böyükçöl ritorik üslubda yazıb ki, Ramiz Mehdiyevin çevriliş planına görə, Əli Kərimli yenə müxalifət lideri olacaqmış.
Burada nəinki təhqir, heç ciddi tənqid elementi də yoxdur. O, həm yazıçı, həm də vətəndaş mövqeyini bu şəkildə ifadə edib.
Ancaq bundan qarşı tərəf əndişələnib və Əli Kərimli dəstəsi ilə birlikdə Kəramət Böyükçölə qarşı nifrət püskürüb.
Əslində, bununla da şübhələrin həqiqət olduğuna dair mesajlar da özləri tərəfindən verilib.