Icma.az
close
up
RU
Kəramətə müxalifətçilik edən “demokrat”

Kəramətə müxalifətçilik edən “demokrat”

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Yazıçı Kəramət Böyükçöl Əli Kərimlinin şəxsi trollarının aqressiv ritorikasının hədəfinə gəlib. 

Səbəb isə onun Əli Kərimlini ritorik formada tənqid etməsi olub. Əli Kərimlinin trol ordusu isə Kəramətə təhqir dolu hücuma keçib. İnsaf naminə, haqq naminə Kəramət Böyükçöl Əli Kərimlinin təhqir edəcək heç bir ifadə işlətməyib. 

Son günlər ölkədə baş verən hadisələrə, “5-ci kolon”un ifşası ilə bağlı olaylara öz münasibətini bildirib. Kəramət Böyükçöl ritorik üslubda yazıb ki, Ramiz Mehdiyevin çevriliş planına görə, Əli Kərimli yenə müxalifət lideri olacaqmış. 

Burada nəinki təhqir, heç ciddi tənqid elementi də yoxdur. O, həm yazıçı, həm də vətəndaş mövqeyini bu şəkildə ifadə edib. Ancaq bundan qarşı tərəf əndişələnib və Əli Kərimli dəstəsi ilə birlikdə Kəramət Böyükçölə qarşı nifrət püskürüb. Əslində, bununla da şübhələrin həqiqət olduğuna dair mesajlar da özləri tərəfindən verilib. 

Ramiz Mehdiyev olan yerdə müxalifətçi Əli Kərimli olurmuş... Həqiqətin dəyişməyən üzü... Amma başqa bir məsələ də var. Başqa vaxt söz azadlığından dəm vuran, özünü “demokrat” adlandıran Əli Kərimli indi bir yazıçının öz fikirini ifadə etmək haqqını tanımaq istəmir. Sanki hamı Əli Kərimliyə tərif deməliymiş. Bu cür müxalifətçilik olmur, Əli Kərimli! Özünü müxalifət lideri hesab edən şəxs cəmiyyətə açıq olmalı, tənqidə də, ironiyaya da dözməyi bacarmalıdır. 

Tarixən hər bir cəmiyyətin ideya qaynağı onun ziyalıları olub. Onlara hörmət göstərmək siyasi mövqeyindən asılı olmayaraq, hər kəs üçün ictimai vəzifədir. Yazıçıya müxalifətçilik edən heç vaxt xalqın rəğbətini və dəstəyini qazana bilməz. Əli Kərimli isə yazıçını sosial şəbəkələrdə təhqir etdirir. 

Çünki Əli Kərimli avtoritar düşüncə sahibidir. Belə düşüncə Kəramət Böyükçölə, yaxud başa bir yazara heç bir problem yaratmayacaq. Hər halda bu günün reallığı budur ki, Kəramət sosial şəbəkədə Əli Kərimlidən daha çox populyardır. Əli Kərimli isə bir özü, bir qovluğu olan “lider”ə çevrilib. 

Çünki onun fikri ictimaiyyət üçün önəmlilik funksiyasını artıq çoxdan itirib. Bütün bu kimi uduzmalar Əli Kərimlini və onun dəstəsini aqressivləşdirib. Ona görə də barəsində tərif deməyən istənilən şəxsi anında hücuma məruz qoya bilər. Bu, onun siyasətinin aparıcı xəttidir - hamını, hər kəsi düşmən elan etmək. 

Süleyman 
“Cebheinfo.az”

Açar sözlər: Kəramət Əli Kərimli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Oktyabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri