Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2024-cü ildə Azərbaycanın ümumi marqarin ehtiyatları 97 460 ton təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında göstərilir.Bu, 2023-cü illə (93 951 ton) müqayisədə ümumi ehtiyatların 3 509 ton və ya 3,7 % artması deməkdir.
2024-cü ildə ölkədə 51 206 ton marqarin istehsal edilib. Bu, illik müqayisədə yerli istehsalın 4 221 ton və ya 9,0% artması deməkdir.
2023-cü ildə bu göstərici 46 985 ton olmuşdu. 2024-cü ildə ölkəyə 2 528 ton marqarin idxal olunub.
Bu, ötən illə müqayisədə idxalın 887 ton və ya 54,0 % kimi kəskin artdığını göstərir.
2023-cü ildə idxal 1 641 ton təşkil etmişdi.2024-cü ildə Azərbaycanın ümumi kərə yağı ehtiyatları 56 min 084 ton təşkil edib.
2024-cü ildə ölkədə 28 min 975 ton kərə yağı istehsal edilib. 2024-cü ildə ölkəyə 24 508 ton kərə yağı idxal olunub.