Icma.az
close
up
RU
Kərə yağı adı altında xalqa nə satılır? SENSASİON AÇIQLAMA

Kərə yağı adı altında xalqa nə satılır? SENSASİON AÇIQLAMA

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2024-cü ildə Azərbaycanın ümumi marqarin ehtiyatları 97 460 ton təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında göstərilir.Bu, 2023-cü illə (93 951 ton) müqayisədə ümumi ehtiyatların 3 509 ton və ya 3,7 % artması deməkdir. 2024-cü ildə ölkədə 51 206 ton marqarin istehsal edilib. Bu, illik müqayisədə yerli istehsalın 4 221 ton və ya 9,0% artması deməkdir. 2023-cü ildə bu göstərici 46 985 ton olmuşdu. 2024-cü ildə ölkəyə 2 528 ton marqarin idxal olunub.

Bu, ötən illə müqayisədə idxalın 887 ton və ya 54,0 % kimi kəskin artdığını göstərir. 2023-cü ildə idxal 1 641 ton təşkil etmişdi.2024-cü ildə Azərbaycanın ümumi kərə yağı ehtiyatları 56 min 084 ton təşkil edib. 2024-cü ildə ölkədə 28 min 975 ton kərə yağı istehsal edilib. 2024-cü ildə ölkəyə 24 508 ton kərə yağı idxal olunub.

Qeyd edək ki, ölkədə hər iki yağın istehsalını müqayisə etdikdə marqarin yağının kərə  yağından dəfələrlə çox istehsal edildiyini görürük.

İnsan orqanizmi üçün zərərli hesab edilən marqarin yağının istehsalının davamlı olaraq artması nə dərəcədə məqsəuyğundur?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli "Cebheinfo.az"-a bildirib ki, marqarin yağı süni yaradılmış yağdır, yəni orqanik yağ deyil:

"Belə bir məlumat da var ki, neftdən alınır. Hazırda onun dəqiq texnologiyasını bilmirəm, ancaq neftdən alınması da mümkündür. Dəqiq bilirəm ki, marqarin yağı sünidir və orqanizm üçün zərərlidir. Marqarin çoxdan kəşf olunub və demək olar ki, 100 ilə yaxındır qida sənayesində mövcuddur.

İlk dəfə kərə yağı çatışmazlığı ilə bağlı Avropada istehsal olunub. Marqarinin orqanizm üçün xeyli zərərləri var. Marqarinin ərimə temperaturu yüksəkdir, molekullarının həcmi böyükdür. Orqanizm bu yağı çətin mənimsəyir. Ona görə də daha çox marqarin istehlak edən insanlar artıq çəkiyə malik olurlar.

Marqarinin müsbət xüsusiyyətləri odur ki, vitrin qabiliyyətinə malikdir. Məsələn, xüsusilə şirniyyatlarda, tortlarda yaxşı səmərə verir. İstənilən formanı almaq üçün o yağlar daha səmərəlidir. İstehsalçı üçün səmərəlidir, ancaq istehlakçı üçün zərərlidir. Bu yağların ehtiyatının artırılması Azərbaycan istehsalçıları üçün maraqlıdır.

Həm marqarin, həm də palma yağından geniş şəkildə istifadə olunur. Ona görə onlar ucuz başa gəlir. Məhsulların maya dəyərini aşağı salmaq üçün bu yağlardan istifadə edirlər".

Onun sözlərinə görə, marqarin ehtiyatının artmasının səbəbi odur ki, kərə yağı ehtiyatını artırmaq üçün idxalı artırmaq lazımdır:

"Bu da baha başa gəlir, təmiz kərə yağı bu gün bazarda kiloqramı 25 manatdan artıqdır. Azərbaycan əhalisinin neçə faizi həmin qiymətə kərə yağı almaq imkanına malikdir? Əlbəttə ki, çox aşağı faizdir. Ancaq bazarda daha çox marqarin, palma, digər trans yağlar var.

Onlardan şirniyyat hazırlayırlar və əhali geniş şəkildə alır. Ona dad, rəng vururlar, kərə yağı adı ilə satırlar. Hazırda bazarda 5-6 manata kərə yağı var. Bir kiloqram kərə yağı 25,6 litr süddən alınır. Bakıda 1 litr südün qiyməti 1,5 manatdır. O qiymətə olan süddən alınan kərə yağının qiyməti 5-6 manat ola bilməz. 

Onun tərkibi marqarin və digər trans yağlardır. Hazırda ölkədə marqarin, palma kimi ucuz yağların həm bazarı var, həm də istehsalçılara qazanc gətirir. Azərbaycanda da qida təhlükəsizliyi nəzarəti yoxdur. Kərə yağı üçün ölkədə heyvandarlığı inkişaf etdirmək, investisiya qiymaq lazımdır. Bu sahədə  nə hökumət, nə də sahibkar əziyyətə qatlaşmaq istəmir".

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: Kərə yağı Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Sentyabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri