Kərə yağı adı ilə satılan bu məhsulu qətiyyən almayın | Icma.az
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Bazarlarda və marketlərdə “kərə yağı” adı ilə satılan məhsulların keyfiyyəti yenidən müzakirə mövzusuna çevrilib.
Redaksiyamıza ünvanlanan videomüraciətdə vətəndaş “Zolotoe maslo” markalı məhsulun kərə yağı olmadığını, bitki yağlarını xatırladan dad verdiyini iddia edib.
KONKRET.az-ın redaksiyasına ünvanladığı videomüraciətdə şikayətçi bildirib ki, məhsulu aldıqdan və istifadə etdikdən sonra bunun bitki yağlarını xatırladan dada malik olduğunu müəyyən edib.
Şikayətçi bildirir ki, məhsulun dadı əsasən bitki yağlarını, xüsusilə də sağlamlıq üçün zərərli hesab edilən palma yağını xatırladır: “Aldanıb bu yağı aldım.
İlkin istifadədə hiss olundu ki, kərə yağı yox, bitki yağıdır. Dadı da bunu açıq şəkildə göstərir.
Belə məhsulların əksəriyyətinin tərkibində palma yağı olur və bu da sağlamlıq üçün zərərlidir”.
Videomüraciətdə vətəndaş məhsulun istehsalı ilə bağlı da iddialar səsləndirir.
Tam oxu
Xəbəri oxu