Kərə yağı adı ilə satılan bu məhsulu qətiyyən almayın
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Bazarlarda və marketlərdə “kərə yağı” adı ilə satılan məhsulların keyfiyyəti yenidən müzakirə mövzusuna çevrilib. Redaksiyamıza ünvanlanan videomüraciətdə vətəndaş “Zolotoe maslo” markalı məhsulun kərə yağı olmadığını, bitki yağlarını xatırladan dad verdiyini iddia edib.
KONKRET.az-ın redaksiyasına ünvanladığı videomüraciətdə şikayətçi bildirib ki, məhsulu aldıqdan və istifadə etdikdən sonra bunun bitki yağlarını xatırladan dada malik olduğunu müəyyən edib.
Şikayətçi bildirir ki, məhsulun dadı əsasən bitki yağlarını, xüsusilə də sağlamlıq üçün zərərli hesab edilən palma yağını xatırladır:
“Aldanıb bu yağı aldım. İlkin istifadədə hiss olundu ki, kərə yağı yox, bitki yağıdır. Dadı da bunu açıq şəkildə göstərir. Belə məhsulların əksəriyyətinin tərkibində palma yağı olur və bu da sağlamlıq üçün zərərlidir”.
Videomüraciətdə vətəndaş məhsulun istehsalı ilə bağlı da iddialar səsləndirir. O qeyd edir ki, məhsulun üzərində guya Hövsan qəsəbəsində istehsal olunduğu bildirilir. Lakin istehsal prosesi və mənşəyi ilə bağlı aydın məlumat verilmir.
Bundan başqa, qablaşdırma üzərindəki məlumatların oxunaqsız formada, çox kiçik şriftlərlə yazılması, məhsulun tərkibi ilə bağlı şübhələri daha da artırır.
“İstehlakçıların aldadılmaması üçün məhsulun tərkibi, istehsal yeri və digər məlumatlar daha aydın və böyük hərflərlə qeyd olunmalıdır. İstehlakçı bilməlidir ki, hansı məhsulu alır, harada istehsal olunub və tərkibi nədir. Bu cür gizli və oxunmayan yazılarla verilməsi düzgün deyil”.
Şikayətçi aidiyyəti qurumlara müraciət ünvanlayaraq saxta kərə yağlarının satışına qarşı tədbir görülməsini xahiş edir və bu cür məhsulların bazara çıxarılmasını istehlakçı hüquqlarının pozulması kimi dəyərləndirir.
P.S. Səslənən iddialarla bağlı adıçəkilən şirkətin mövqeyini dərc etməyə hazırıq!
https://konkret.az/cloud/uploads/2026/01/WhatsApp-Video-2026-01-21-at-09.20.11.mp4
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 21 Yanvar 2026 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















