Keşikçidağın arxeoloji irsi Albaniyada keçirilən beynəlxalq elmi konfransda təqdim edilib …
Icma.az bildirir, Azertag portalına istinadən. Bakı, 23 oktyabr, AZƏRTAC Albaniyanın Elbasan şəhərində “Balkan, Anadolu, Qafqaz və Türkistan
Konfransda "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev, "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru ta
Mursaquliyev “Keşikçidağ ərazisində yerləşən Yovşanlıdərə kurqanlarının arxeoloji təhlili” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə Yovşanlıdərə kurqanlarının arxeoloji tədqiqat nəticələri, onların Qafqazın erkən tunc dövrü mədəni kompleksləri ilə əlaqələri və bu abidələrin regionun mədəni inkişaf mərhələlərinin öyrənilməsində rolu geniş şəkildə təhlil edilib.Keşikçidağ arxeoloji kompleksinin Qafqaz və Ön Asiya mədəniyyətləri arasında mühüm elmi əlaqə həlqəsi kimi əhəmiyyəti xüsusi qeyd olunub.
Təqdim edilən elmi nəticələr Azərbaycanın qədim mədəni irsinin beynəlxalq elmi ictimaiyyətə inteqrasiyası baxımından yüksək qiymətləndirilib.Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub, həmçinin tədbir çərçivəsində Elbasan qalası və Elbasan Etnoqrafiya Muzeyi ziyarət edilib.
Bu səfərlər iştirakçılara Albaniyanın zəngin tarixi və mədəni mühitini yaxından tanımaq imkanı yaradıb.“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun belə beynəlxalq elmi tədbirlərdə fəal iştirakı Azərbaycanın arxeoloji irsinin tanıdılması, ölkəmizin elmi nüfuzunun artırılması və mədəni əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu