Icma.az
close
up
RU
Keşikçidağın arxeoloji irsi Albaniyada keçirilən beynəlxalq elmi konfransda təqdim edilib

Keşikçidağın arxeoloji irsi Albaniyada keçirilən beynəlxalq elmi konfransda təqdim edilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 23 oktyabr, AZƏRTAC

Albaniyanın Elbasan şəhərində “Balkan, Anadolu, Qafqaz və Türkistan coğrafiyası: incəsənət, mədəniyyət, tarix və folklor” mövzusunda V Beynəlxalq Konfrans və sərgi keçirilib.

AZƏRTAC-ın məlimatına görə, tədbirdə Azərbaycan, Türkiyə, Albaniya, Moldova, İtaliya, Özbəkistan, İran, İraq, Belarus, Rumıniya, Macarıstan, Şimali Makedoniya, Kosova və digər ölkələri təmsil edən 100-dən artıq alim və tədqiqatçı müxtəlif elmi istiqamətlərdə məruzələrlə çıxış edib.

Konfransda "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev, "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru tarix üzrə fəlsəfə doktoru Səadət Əliyeva, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, Quba şəhərində "Soyqırım Memorial Kompleksi"nin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova, "Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Günel Pirquliyeva iştirak ediblər.

Konfransın əsas məqsədi Balkan, Anadolu və Qafqaz regionlarının ortaq tarixi-mədəni irsinin araşdırılması, qədim sivilizasiyalararası əlaqələrin tədqiqi və mədəni dəyərlərin qorunması məsələlərinin elmi müzakirəsini təmin etmək olub.

Tədbirdə M. Mursaquliyev “Keşikçidağ ərazisində yerləşən Yovşanlıdərə kurqanlarının arxeoloji təhlili” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Yovşanlıdərə kurqanlarının arxeoloji tədqiqat nəticələri, onların Qafqazın erkən tunc dövrü mədəni kompleksləri ilə əlaqələri və bu abidələrin regionun mədəni inkişaf mərhələlərinin öyrənilməsində rolu geniş şəkildə təhlil edilib.

Keşikçidağ arxeoloji kompleksinin Qafqaz və Ön Asiya mədəniyyətləri arasında mühüm elmi əlaqə həlqəsi kimi əhəmiyyəti xüsusi qeyd olunub. Təqdim edilən elmi nəticələr Azərbaycanın qədim mədəni irsinin beynəlxalq elmi ictimaiyyətə inteqrasiyası baxımından yüksək qiymətləndirilib.

Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub, həmçinin tədbir çərçivəsində Elbasan qalası və Elbasan Etnoqrafiya Muzeyi ziyarət edilib. Bu səfərlər iştirakçılara Albaniyanın zəngin tarixi və mədəni mühitini yaxından tanımaq imkanı yaradıb.

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun belə beynəlxalq elmi tədbirlərdə fəal iştirakı Azərbaycanın arxeoloji irsinin tanıdılması, ölkəmizin elmi nüfuzunun artırılması və mədəni əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 20:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri