Icma.az bildirir, Bizimyol portalına istinadən. Azərbaycanda bakalavr təhsilindən sonra gənclər magistr təhsilini almaq üçün xarici universi
Bunu çox zaman Azərbaycan universitetlərində təhsilin aşağı səviyyədə olması ilə izah edirlər.
Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanda yaxşı magistr təhsilini verən, bakalavr təhsili verən ali təhsil müəssisələrimiz də var: “ Bir qədər zəif, deməli, təhsil verən universitetlərimiz də var.
Bu da özünü imtahan nəticələrindən sonra və müraciət edilən universitetlərdə keçid balına münasibətdə özünü göstərir.
Yaxşı universitetlərdə keçid balı yüksək olur. 200 balla institutlara, universitetlərə qəbul olmaq mümkün deyil.
Elə universitetlər və ya elə ixtisaslar var ki, orada keçid balları 650 baldan yüksək olur.
Bu da onun göstəricisidir ki, həmin universitetin həmin ixtisasının kadrları artıq əmək bazarında özünü doğruldub.
Çünki yüksək bal toplayan bir abituriyent müraciət edərkən, təbii ki, ən prestijli ali təhsil müəssisəsinə qəbul olmaq istəyəcək.