Icma.az
close
up
RU
Keyfiyyətli ali təhsil almaq istəyən abituriyentlər haqlı olaraq xaricdəki reytinqli universitetləri seçirlər

Keyfiyyətli ali təhsil almaq istəyən abituriyentlər haqlı olaraq xaricdəki reytinqli universitetləri seçirlər

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Azərbaycanda bakalavr təhsilindən sonra gənclər magistr təhsilini almaq üçün xarici universitetlərə üstünlük verirlər. Bunu çox zaman Azərbaycan universitetlərində təhsilin aşağı səviyyədə olması ilə izah edirlər.

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanda yaxşı magistr təhsilini verən, bakalavr təhsili verən ali təhsil müəssisələrimiz də var: “ Bir qədər zəif, deməli, təhsil verən universitetlərimiz də var. Bu da özünü imtahan nəticələrindən sonra və müraciət edilən universitetlərdə keçid balına münasibətdə özünü göstərir. Yaxşı universitetlərdə keçid balı yüksək olur. 200 balla institutlara, universitetlərə qəbul olmaq mümkün deyil. Elə universitetlər və ya elə ixtisaslar var ki, orada keçid balları 650 baldan yüksək olur. Bu da onun göstəricisidir ki, həmin universitetin həmin ixtisasının kadrları artıq əmək bazarında özünü doğruldub. Çünki yüksək bal toplayan bir abituriyent müraciət edərkən, təbii ki, ən prestijli ali təhsil müəssisəsinə qəbul olmaq istəyəcək. Bu baxımdan da bizim elə ali təhsil müəssisələrimiz var ki, onlar gerçəkdən də yaxşı təhsil verirlər”.

İlqar Orucov

İlqar Orucov qeyd edib ki, dünya reytinqində qabaqcıl yerlərdə olan kifayət yaxşı xarici universitetlər var və dünya reytinqində o yerləri əldə etmək də asan deyil.

“Bilirsiniz ki, Azərbaycan universitetləri dünya reytinqində xeyli geri qalırlar. Bu, həm də universitetin səviyyəsini göstərir. Universitetin səviyyəsi nə qədər yüksəkdirsə, deməli, onun verdiyi təhsil də bir o qədər yüksəkdir. Bizim ali təhsil müəssisələri inkişaf etdirilməlidir və s. Təbii ki, yaxşı, savadlı gənclər mütləq şəkildə daha yaxşı təhsil almaq üçün xarici universitetləri seçə bilərlər. Əgər tələbənin imtahan nəticələri imkan verirsə, gedib Londonda oxusun. Təbii ki, onun üstünlüyü varsa, onu seçir. Bizim gənclərimiz dünyanın prestijli universitetlərini hədəf olaraq seçsələr, daha böyük üstünlük əldə edəcəklər. Tutaq ki, Kembric və ya Oksfordun, Harvardın, Stenfordon və digər reytinqli universitetlərin diplomu ilə Azərbaycan universitetlərinin diplomunu müqayisə etmək mümkün deyil. Bu, həm də orada verilən təhsilin keyfiyyəti ilə bağlıdır. Universitetin ümumi infrastrukturunun təmin etdiyi üstünlüklərlə bağlıdır”-deyə İlqar Orucov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Fevral 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see263

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see197

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see189

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see182

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see174

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see159

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see129

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see127

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri