Keyfiyyətsiz tormoz detalları belə hazırlanır VİDEO | Icma.az
Avtosfer saytına istinadən Icma.az xəbər verir. ƏVideo Asiya ölkələrinin birində lentə alınıb.
Hansısa əldən-ayaqdan uzaq yerdə, kustar üsulla tormoz detalları hazırlanır.
Heç bir sənaye istehsalından, ölçmədən, keyfiyyətə nəzarətdən söhbət gedə bilməz.
Videodan görünür ki, supportun korpusu adi alüminiumdan tökülür.
Səbəb də aydındır: alüminium tullantı şəklində ucuz qiymətə alınır (məsələn, işlənmiş qab-qacaq, pəncərələr və s.), ərimə temperaturu aşağı olduğu üçün adi alovda qızdırıb istənilən formanı vermək mümkündür.
Tökmə prosesi də yüksək texnologiya ilə deyil, çəkiclə, qol gücünə həyata keçirilir.
Hazır pəstah köhnə, dəqiqlik sinfi aşağı olan torna dəzgahlarında kobud şəkildə emal edilir.
Bundan sonra detal yuyulub təmizlənir (təbii ki, adi qaydada, su ilə), üzərinə müəyyən estetik görünüş verilir, digər detallarla komplektləşdirilir.
Tam oxu
Xəbəri oxu