Icma.az
close
up
RU
Keyfiyyətsiz tormoz detalları belə hazırlanır VİDEO

Keyfiyyətsiz tormoz detalları belə hazırlanır VİDEO

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

ƏVideo Asiya ölkələrinin  birində lentə alınıb. Hansısa əldən-ayaqdan uzaq yerdə, kustar üsulla tormoz detalları hazırlanır. Heç bir sənaye istehsalından, ölçmədən, keyfiyyətə nəzarətdən söhbət gedə bilməz. 

Videodan görünür ki, supportun korpusu adi alüminiumdan tökülür. Səbəb də aydındır: alüminium tullantı şəklində ucuz qiymətə alınır (məsələn, işlənmiş qab-qacaq, pəncərələr və s.), ərimə temperaturu aşağı olduğu üçün adi alovda qızdırıb istənilən formanı vermək mümkündür. 

Tökmə prosesi də yüksək texnologiya ilə deyil, çəkiclə, qol gücünə həyata keçirilir. Hazır pəstah köhnə, dəqiqlik sinfi aşağı olan torna dəzgahlarında kobud şəkildə emal edilir. Bundan sonra detal yuyulub təmizlənir (təbii ki, adi qaydada, su ilə), üzərinə müəyyən estetik görünüş verilir, digər detallarla komplektləşdirilir. Ardınca gözəl şəkildə qablaşdırılır və satışa çıxarılır. 

Bu detalı alıb istifadə edən sürücünün avtomobilində 1 il sonra ciddi problem yaransa təəccüblənməyə əsas yoxdur. Səbəb məlumdur. 

Avtosfer.az xəbər verir ki, tormoz supportları yüksək təzyiqə və yükə məruz qalır. Buna görə də zavodda hazırlanarkən daha sərt ərintilər tətbiq edilir. Kustar istehsalda isə bu mümkün deyil. Üstəgəl, zavod istehsalı çertyojlar əsasında, dəqiq avadanlıqlarda, müsaidə (yolverilən kənaraçıxma, kvalitet) və tələblər  nəzərə alınmaqla həyata keçirilir. Satışdan əvvəl keyfiyyətə nəzarət xidməti məhsulu yoxlayır. 
Belə bir istehsal prosesini qurmaq çox çətindir və məhsul baha başa gəlir. Kustar, heç bir təhlükəsizlik normasına əməl olunmayan yerdə hazırlanan məhsul daha ucuz olur. Ucuz ətin də məşhur xalq məsəlində deyildiyi kimi, şorbası olmur. 

Bu halla köhnə Jiquli sürən də rastlaşa bilər, təzə Toyota sürən də. Buna görə də, təhlükədən uzaq olmaq üçün detallar rəsmi satış yerlərindən alınmalıdır. Bir neçə manatlıq qənaət bəzən bir avtomobilin itirilməsinə, yaxud bir neçə nəfərin həyastla vidalaşmasına səbəb ola bilər. 

VACİB MƏQAM: Populyar modellərə aid detallar daha çox saxtalaşdırılır. Səbəb dəyişməz iqtisadi qanun olan tələb və təklifir. Yəni, tələbat təklifi doğurur. Asiya ölkələrində belə kustar sexlərdə minlərlə adda detal istehsal olunur. Həmin ölkələrdə hökumətlər buna qanunsuz əməl kimi baxmır.

Vüqar Yaşaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 07 Aprel 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see420

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see374

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see353

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see337

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see302

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see291

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see287

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see279

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see257

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see255

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see249

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see245

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see239

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see238

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see231

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see221

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see214

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri