Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür

03.11.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür

“Bavariya”nın hücumçusu Harri Keyn “Qızıl top” mükafatını UEFA Çempionlar Liqasını qazanmağa dəyişməyə hazır olduğunu bildirib.

QOL.az xəbər verir ki, ingiltərəli forvard bu barədə AS nəşrinə açıqlamasında danışıb.

O, fərdi mükafatdan daha çox komanda uğurlarına önəm verdiyini söyləyib:

“Düşünürəm ki, bəli. Həmişə demişəm ki, biz komanda uğurları üçün oynayırıq və kollektiv mənim üçün inanılmaz dərəcədə önəmlidir. “Qızıl top”u qazanmaq həyatımın ən gözəl anlarından biri oldu. Bu, həqiqətən xüsusi mükafat və unudulmaz axşam idi. Amma komanda ilə birlikdə uğuru qeyd etmək və kuboku başımızın üzərinə qaldırmaq tamam başqa hissdir.

Karyerama nəzər salsaq, “Qızıl top” səni yeni səviyyəyə yüksəldən müstəsna nailiyyətdir. Ancaq Çempionlar Liqasında qələbə hər zaman can atdığın uğurdur. Bununla belə, ümid edirəm ki, ikisindən birini seçməli olmayacağam”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью