Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Bavariya”nın hücumçusu Harri Keyn “Qızıl top” mükafatını UEFA Çempionlar Liqasını qazanmağa dəyişməyə hazır olduğunu bildirib.
QOL.az xəbər verir ki, ingiltərəli forvard bu barədə AS nəşrinə açıqlamasında danışıb.
O, fərdi mükafatdan daha çox komanda uğurlarına önəm verdiyini söyləyib:
“Düşünürəm ki, bəli. Həmişə demişəm ki, biz komanda uğurları üçün oynayırıq və kollektiv mənim üçün inanılmaz dərəcədə önəmlidir. “Qızıl top”u qazanmaq həyatımın ən gözəl anlarından biri oldu. Bu, həqiqətən xüsusi mükafat və unudulmaz axşam idi. Amma komanda ilə birlikdə uğuru qeyd etmək və kuboku başımızın üzərinə qaldırmaq tamam başqa hissdir.
Karyerama nəzər salsaq, “Qızıl top” səni yeni səviyyəyə yüksəldən müstəsna nailiyyətdir. Ancaq Çempionlar Liqasında qələbə hər zaman can atdığın uğurdur. Bununla belə, ümid edirəm ki, ikisindən birini seçməli olmayacağam”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 03 Noyabr 2026 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















