Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Bəyin oğurlanması" filmində İsrafilin "Monqol dublyonkası gəlmişdi, monqol turistlər alıb apardı" zarafatı hamının yadındadır.
Son günlər isə ölkəmizə Monqolustandan gətirilən ət məhsullarının artması ilə bağlı xəbərlər yayılıb.
Milli.Az musavat.com-a istinadən bildirir ki, sosial şəbəkələrdə ət satışı ilə məşğul olan müxtəlif şəxslər bu ölkədən gətirilən ətləri reklam edir, bəzi restoranlarda həmin ətlə bişirilən yeməklər təklif olunur.
Dövlət Gömrük Komitəsinin məlumatı da təsdiq edir ki, həqiqətən də Azərbaycan Monqolustandan ət idxalını kəskin artırıb.
2023-cü ildə Azərbaycan bu ölkədən cəmi 40 ton təzə, soyudulmuş və ya dondurulmuş qoyun əti və ya keçi əti idxal edib.
2024-cü ilin təkcə birinci rübündə ölkəmizə Monqolustandan 121 ton ət gətirilib.
Məlumata görə, bu ətin kilosu Azərbaycana 4 manata gəlib çıxır. Bəs bu məhsullara nəzarət və yoxlama necə həyata keçirilir?