Icma.az
close
up
RU
Kilosu 4 manata başa gələn ətlər bu məkanlara göndərilirmiş

Kilosu 4 manata başa gələn ətlər bu məkanlara göndərilirmiş

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bəyin oğurlanması" filmində İsrafilin "Monqol dublyonkası gəlmişdi, monqol turistlər alıb apardı" zarafatı hamının yadındadır. Son günlər isə ölkəmizə Monqolustandan gətirilən ət məhsullarının artması ilə bağlı xəbərlər yayılıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, sosial şəbəkələrdə ət satışı ilə məşğul olan müxtəlif şəxslər bu ölkədən gətirilən ətləri reklam edir, bəzi restoranlarda həmin ətlə bişirilən yeməklər təklif olunur. Dövlət Gömrük Komitəsinin  məlumatı da  təsdiq edir ki, həqiqətən də Azərbaycan Monqolustandan ət idxalını kəskin artırıb. 2023-cü ildə Azərbaycan bu ölkədən cəmi 40 ton təzə, soyudulmuş və ya dondurulmuş qoyun əti və ya keçi əti idxal edib. 2024-cü ilin təkcə birinci rübündə ölkəmizə Monqolustandan 121 ton ət gətirilib. Məlumata görə, bu ətin kilosu Azərbaycana 4 manata gəlib çıxır.

Bəs bu məhsullara nəzarət və yoxlama necə həyata keçirilir?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Monqolustan böyük qoyun əti ixracatçısıdır, bu ətlər ən çox İrana gedir: "Bu məhsul ekoloji təmiz hesab olunur. Əlbəttə, bu məhsul yerli Qarabağ qoyunları ilə eyni deyil. Merinos tipli qoyunlar müsəlman ölkələrinə ixrac olunur. Bu məhsulun gətirilməsi tam nəzarət altındadır. Oradakı qoyunçuluq təsərrüfatlarına da nəzarət edilir. Azərbaycana gətirilən məhsullara isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət edilir. Bu məhsullar əsasən restoranlara göndərilir. Az bir hissəsi sənayedə istifadə olunur. Bu ətlər açıq şəkildə az satılır. Ölkəmizə kilosu 12-13 manata gəlib çıxır. Qeyd edim ki, təxminən 5 ildən sonra ölkəmizə xaricdən qoyun əti gətirilməsinə ehtiyac olmayacaq. Çünki işğaldan azad edilmiş ərazilərdə heyvandarlıq geniş inkişaf edəcək".

Bəs Monqolustandan bu ətlərin ölkəmizə gətirilməsi daxili bazarda qiymətlərə necə təsir edəcək?

İqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, hansı ölkədən idxal edilməsindən asılı olmayaraq, bunun ölkəmizdə ət məhsullarının qiymətinə təsiri qeyri-mümkündür. Onun sözlərinə görə, həmin məhsullar keyfiyyət və dəyər baxımından yerli ət məhsullarından xeyli dərəcədə aşağıdır: "İdxal olunan ət məhsullarının 99 faizi emal prosesində istifadə olunmaq üçün gətirilir və dönərxanalara, pizza bişirilən yerlərə, kolbasa hazırlayan sexlərə, ictimai-iaşə obyektlərinə verilir. Çünki həmin məhsulların maya dəyəri aşağıdır. Hətta 7-8 manata aldığımız dönər məhsulunda istifadə olunan ət yerli istehsal deyil. Həmin dönərlərdə də xaricdən gələn ətlərdən istifadə olunur. Monqolustandan gətirilən ətin idxalı ucuz və daha asan başa gəlir. Belə məhsulları insanlar evlərində istifadə etmək üçün almır. Orta gəlirli vətəndaş çalışır ki, yerli istehsal olan və gözünün önündə qəssabın kəsdiyi əti alsın. Yerli ət məhsullarının isə qiyməti günbəgün qalxır".

İqtisadçının sözlərinə görə, ət məhsullarının istehlakında xaricdən bu qədər asılılıq ciddi siqnaldır: "Yerli heyvandarlıq kompleksi sürətlə məhvə doğru gedir. Örüş yerləri yox dərəcəsindədir. Pambıqçılığın inkişafı ilə bağlı atılan addımlar digər tərəfdən örüş yerlərinin azalmasına çox ciddi təsir göstərdi. Çünki pambıqçılığa ayrılan ərazilər kor-koranə şəkildə genişləndirildi. Nəticədə heyvanlar otlamağa yer tapmadılar.  Fermerlər də məcbur oldular ki, heyvandarlığın başını buraxsınlar. İndi adi kəndçi həyətində heç bir baş mal-qara saxlamır. Ölkədə heyvandarlığın vəziyyəti çox böhranlıdır. Lakin 8-9 il bundan qabaq ölkəmizdə 90-95 faiz ət məhsulları yerli istehsala aid idi. İndi isə vəziyyət tamamilə dəyişib, ucuz ət idxalı ilə məşğul olan ölkələr axtarırıq. Belə getsə, Azərbaycanda gələn il ətin qiyməti 20 manat və daha yüksəyə qalxacaq. Halbuki 5-6 il bundan qabaq biz Türkiyə və Avropa ölkələrində ətin bu qiymətə satıldığını eşidəndə təəəcüblənirdik.

Bu vəziyyətdən çıxmaq üçün yeni heyvandarlıq komplekslərinin yaradılmasına çalışmalıyıq. Sahibkarlara dövlət dəstəyi lazımdır. Örüş yerlərinin sayı artırılmalıdır. Daha sonra yemin qiyməti azaldılmalıdır. Bu proses çoxdan başlayıb. Bəzən kəndliləri qınayırıq, deyirik ki, maldarlıqla məşğul olmaq istəmirlər, şəhərə köçürlər və s. Onları qınamağın yeri yoxdur. Bir ot bağlamasının qiyməti 5 manatdır. Kəndli onun ikisinə 10 manat verməlidir. Hər gün 10 manat xərcləmək isə ona sərf etmir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 06 Noyabr 2024 08:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri