Kim Çen orduya Ukrayna ilə bağlı əmr verdi | Icma.az
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In, 9 May Qələbə Günü münasibətilə Pxenyandakı Rusiya Səfirliyinə etdiyi səfər zamanı diqqətçəkən açıqlamalar verib.
"Cebheinfo.az" xəbər verir ki, rəsmi Şimali Koreya mediası Kim Çen Inın həmin gün səsləndirdiyi çıxışın tam mətnini yayımlayıb.Çıxışında Şimali Koreya ilə Rusiya arasında möhkəm tarixi bağlara diqqət çəkən Kim, ikitərəfli münasibətlərin getdikcə daha da inkişaf etməsindən məmnunluq duyduğunu bildirib.
Kim iki ölkə arasında hərbi ittifaqın ən parlaq dövrünü yaşadığını və bunun daha da inkişaf edəcəyini qeyd edib: “Qələbə Gününün 80 illiyi münasibətilə rus dostlarımla bir araya gəlməyim, ölkələrimizin neo-nasizm təhlükəsini dəf etmək və dünya sülhünə, insanlığın rifahına töhfə vermək istiqamətindəki sarsılmaz və güclü birgə iradəsinin sübutudur".
Kim dünyanın müasir nasizmin sürətlə yüksəlişini narahatlıqla izlədiyini vurğulayıb: “Ötən əsrdə insanlığı əsarət altına salmağa çalışan nasizmin yenidən canlanması insanlığın gələcəyi üçün ciddi təhlükədir və buna heç bir şəkildə güzəştə gedilə bilməz".O, Rusiyanın Ukraynaya qarşı apardığı “xüsusi hərbi əməliyyatın” dünya sülhü və təhlükəsizliyini təmin etmək kimi mühüm bir missiyanı yerinə yetirdiyini bildirib: “Qardaş ölkə Rusiya Federasiyasının suverenliyini və təhlükəsizliyini kobud şəkildə pozan düşmən qüvvələrin sərgüzəştli hərbi addımlarını dövlətimizə qarşı işğal cəhdi kimi qiymətləndirirəm.Bu səbəbdən ölkələrimiz arasında imzalanan müqaviləyə uyğun olaraq orduma Rusiya Silahlı Qüvvələri ilə əməkdaşlıq edərək ukraynalı neo-nasist işğalçıları məhv etməyi və Kursk bölgəsini azad etməyi əmr etdim".
Kim Şimali Koreya əsgərlərinin Rusiya torpaqlarını öz vətənləri kimi qoruduqlarını və qəhrəmancasına mübarizə apardıqlarını deyib: “Kursk əməliyyatında iştirak edən bütün əsgərlərimiz Şimali Koreya–Rusiya ittifaqının gücünü qanları bahasına sübut etdilər".
Ukrayna ordusunu “Kiyevli neo-nasistlər” adlandıran Kim Çen In, Şimali Koreyanın Rusiyaya verdiyi dəstəyin tamamilə qanuni olduğunu müdafiə edib: “Ordumuzun müharibəyə qatılmasını tənqid edənlər bir daha düşünsünlər.
İki ölkə arasında imzalanan sazişin məzmunu açıq idi və gizli deyildi.
Tam oxu
Xəbəri oxu