Icma.az
close
up
RU
Kim Çen orduya Ukrayna ilə bağlı əmr verdi

Kim Çen orduya Ukrayna ilə bağlı əmr verdi

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In, 9 May Qələbə Günü münasibətilə Pxenyandakı Rusiya Səfirliyinə etdiyi səfər zamanı diqqətçəkən açıqlamalar verib.

"Cebheinfo.az" xəbər verir ki, rəsmi Şimali Koreya mediası Kim Çen Inın həmin gün səsləndirdiyi çıxışın tam mətnini yayımlayıb.Çıxışında Şimali Koreya ilə Rusiya arasında möhkəm tarixi bağlara diqqət çəkən Kim, ikitərəfli münasibətlərin getdikcə daha da inkişaf etməsindən məmnunluq duyduğunu bildirib.

Kim iki ölkə arasında hərbi ittifaqın ən parlaq dövrünü yaşadığını və bunun daha da inkişaf edəcəyini qeyd edib:

“Qələbə Gününün 80 illiyi münasibətilə rus dostlarımla bir araya gəlməyim, ölkələrimizin neo-nasizm təhlükəsini dəf etmək və dünya sülhünə, insanlığın rifahına töhfə vermək istiqamətindəki sarsılmaz və güclü birgə iradəsinin sübutudur".

Kim dünyanın müasir nasizmin sürətlə yüksəlişini narahatlıqla izlədiyini vurğulayıb:

“Ötən əsrdə insanlığı əsarət altına salmağa çalışan nasizmin yenidən canlanması insanlığın gələcəyi üçün ciddi təhlükədir və buna heç bir şəkildə güzəştə gedilə bilməz".O, Rusiyanın Ukraynaya qarşı apardığı “xüsusi hərbi əməliyyatın” dünya sülhü və təhlükəsizliyini təmin etmək kimi mühüm bir missiyanı yerinə yetirdiyini bildirib:

“Qardaş ölkə Rusiya Federasiyasının suverenliyini və təhlükəsizliyini kobud şəkildə pozan düşmən qüvvələrin sərgüzəştli hərbi addımlarını dövlətimizə qarşı işğal cəhdi kimi qiymətləndirirəm.Bu səbəbdən ölkələrimiz arasında imzalanan müqaviləyə uyğun olaraq orduma Rusiya Silahlı Qüvvələri ilə əməkdaşlıq edərək ukraynalı neo-nasist işğalçıları məhv etməyi və Kursk bölgəsini azad etməyi əmr etdim".

Kim Şimali Koreya əsgərlərinin Rusiya torpaqlarını öz vətənləri kimi qoruduqlarını və qəhrəmancasına mübarizə apardıqlarını deyib:

“Kursk əməliyyatında iştirak edən bütün əsgərlərimiz Şimali Koreya–Rusiya ittifaqının gücünü qanları bahasına sübut etdilər".

Ukrayna ordusunu “Kiyevli neo-nasistlər” adlandıran Kim Çen In, Şimali Koreyanın Rusiyaya verdiyi dəstəyin tamamilə qanuni olduğunu müdafiə edib:

“Ordumuzun müharibəyə qatılmasını tənqid edənlər bir daha düşünsünlər. İki ölkə arasında imzalanan sazişin məzmunu açıq idi və gizli deyildi. Əgər Rusiya torpaqlarını işğal etməklə bu iyrənc vəhşiliyə yol verməsəydilər, ordumuzun qarşısında çarəsiz qalmazdılar".

O əlavə edib ki, Ukraynaya qarşı susmaq, Şimali Koreyanın digər düşmənlərini də cəsarətləndirə bilərdi:

“Kukla Ukrayna qüvvələrinin nüvə gücünə sahib bir ölkənin ərazisinə qarşı hərbi hücuma keçməsinə göz yummamız, digər düşmənlərimizi də daha cəsarətli edə bilərdi. O halda ABŞ-nin əsas əlaltısı olan Cənubi Koreya da öz sərsəmliklərini artırardı".Rusiyaya qarşı müdafiə dəstəyinin davam edəcəyini bildirən Kim Çen In xəbərdarlıq edib:

“Əgər ABŞ və Qərbin əlaltıları qardaş ölkəmiz Rusiya Federasiyasını hədəf alan bu təhlükəli hərbi işğal ideyasından əl çəkməz və yeni bir hücuma keçərlərsə, tərəddüdsüz və böyük məmnuniyyətlə ordumuzun düşmənin silahlı işğalını dəf etmək üçün istifadə olunması əmrini verəcəyəm".

Bunu “müqəddəs bir vəzifə” adlandıran Kim Çen In çıxışını belə tamamlayıb:

“Rus xalqı mütləq qələbə qazanacaq. Ədalət və zəfər Rusiyanın olacaq". 

Əfsanə Rəcəb
"Cebheinfo.az"

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 May 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri