Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu gün Atatürk Mədəniyyət Mərkəzində yeni yaradılan Kommunikasiya İctimaiyyətlə əlaqələr və Media Mərkəzinin (KİM) təqdimatı baş tutub.
Gununsesi.info xəbər verir ki, tədbirdə KİM-in rəhbəri Tural Ozan, Atatürk Mədəniyyət Mərkəzinin direktoru Nizami Cəfərov, Emedia Group təşkilatının sədri Elşən Əliyev, həmçinin müxtəlif KİV – i təmsil edən media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Tural Ozan KİM- in məqsədinin Azərbaycanda kommunikasiya, ictimaiyyətlə əlaqələr sahələri arasında mərkəzi platformanın yaradılması olduğunu bildirib: “Dövlət qurumları və özəl sektorun ictimaiyyətlə əlaqələr sahəsində çalışan əməkdaşlarının media nümayəndələri və jurnalistlərlə əlaqələrinin gücləndirilməsi, bu sahələrin Azərbaycanda inkişaf etdirilməsi, yeni kadrların hazırlanması, əməkdaşların bilik və bacarıqlarının artırılması istiqamətində yeni layihələrin icrası da KİM -in əsas prioritetlərindən biridir”.
Tural Ozan vurğulayıb ki, bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda da bu sahələrin inkişafına böyük maraq var: “Bildiyiniz kimi kommunikasiya ictimaiyyətlə əlaqələr və media sahəsi bir- biri ilə qarşılıqlı əlaqədə olan və vəhdəd təşkil edən sahələrdir.
Bu sahələrdə biz Mərkəzi platformanın yaradılması üçün işlər görməyə başlamışıq.
Sırf kommunikasiya ictimaiyyətlə əlaqələr sahəsində çalışan əməkdaşlar, bu sahədə fəaliyyət göstərən qurumlar, qurumların şöbələri, departamentləri arasında vahid bir mərkəzin yaradılması, eyni zamanada vaxtaşırı birgə layihələrin icrasının keçirilməsi üçün biz KİM-i yaratdıq.
KİM olaraq bundan sonra da görüşlərimiz davam edəcək”. T. Ozan qeyd edib ki, bu gün biz zirvə görüşü formatında ilk görüşümüzü keçirtdik: “B