Icma.az
close
up
RU
KİM in zirvə görüşü baş tutdu

KİM in zirvə görüşü baş tutdu

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Atatürk Mədəniyyət Mərkəzində yeni yaradılan Kommunikasiya İctimaiyyətlə əlaqələr və Media Mərkəzinin (KİM) təqdimatı baş tutub.

Gununsesi.info xəbər verir ki, tədbirdə KİM-in rəhbəri Tural Ozan, Atatürk Mədəniyyət Mərkəzinin direktoru Nizami Cəfərov, Emedia Group təşkilatının sədri Elşən Əliyev, həmçinin müxtəlif KİV – i təmsil edən media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Tural Ozan KİM- in məqsədinin Azərbaycanda kommunikasiya, ictimaiyyətlə əlaqələr sahələri arasında mərkəzi platformanın yaradılması olduğunu bildirib:

“Dövlət qurumları və özəl sektorun ictimaiyyətlə əlaqələr sahəsində çalışan əməkdaşlarının media nümayəndələri və jurnalistlərlə əlaqələrinin gücləndirilməsi, bu sahələrin Azərbaycanda inkişaf etdirilməsi, yeni kadrların hazırlanması, əməkdaşların bilik və bacarıqlarının artırılması istiqamətində yeni layihələrin icrası da KİM -in əsas prioritetlərindən biridir”.

Tural Ozan vurğulayıb ki, bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda da bu sahələrin inkişafına böyük maraq var:

“Bildiyiniz kimi kommunikasiya ictimaiyyətlə əlaqələr və media sahəsi bir- biri ilə qarşılıqlı əlaqədə olan və vəhdəd təşkil edən sahələrdir. Bu sahələrdə biz Mərkəzi platformanın yaradılması üçün işlər görməyə başlamışıq. Sırf kommunikasiya ictimaiyyətlə əlaqələr sahəsində çalışan əməkdaşlar, bu sahədə fəaliyyət göstərən qurumlar, qurumların şöbələri, departamentləri arasında vahid bir mərkəzin yaradılması, eyni zamanada vaxtaşırı birgə layihələrin icrasının keçirilməsi üçün biz KİM-i yaratdıq. KİM olaraq bundan sonra da görüşlərimiz davam edəcək”.
T. Ozan qeyd edib ki, bu gün biz zirvə görüşü formatında ilk görüşümüzü keçirtdik:

“Buna qədər keçən aylarda biz İctiamiyyətlə əlaqələr sahəsində bir neçə tədbirl’r keçirtdik. İctimaiyyətlə Əlaqələr Forumu keçirtdik. Çalışacağıq ki, bu layihələr təkcə yerli yox, Beynəlxalq sferada, türk dünyasında da proyektlərimiz olacaq ki, türk dünyasının və türkdilli ölkələrin İctimaiyyətlə Əlaqələr Kommunikasiya və Media sektorları ilə birlikdə birgə tədbirlər keçirək”.

Atatürk Mədəniyyət Mərkəzinin direktoru Nizami Cəfərov bildirib ki, Atatürk Mərkəzi həmişə onda maraqlı olub ki, bütün türk dünyasında, media qurumları ilə, dövlət qurumları, ictimai digər təşkilatlar arasında əlaqələr, kommunikasiya o qədər sıx olsun ki, yalnız Azərbaycan miqyasında yox, ümumiyyətlə türk dünyası miqyasında mətbuatın, medianın, bir ümumi mövqeyi ola bilsin:

“Bu həmişə bizi maraqlandırıb. Həm dil baxımından, ortaq (türk) dil olaraq, həm ortaq münasibətlər baxımından, həm ortaq qanunvericilik və o qanunların icrası baxımından maraqlandırıb. Çünki mən müxtəlif təşkilatlarla həmişə əlaqədar olmuşam. Və bilirəm ki, bu təşkilatların hamısında mediaya ehtiyac var”.

Tədbirdə, eyni zamanda media nümayəndələri ilə müxtəlif müzakirələr aparılıb.

Günel Həsənova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Fevral 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see415

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see376

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see370

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see302

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see302

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see302

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see282

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see268

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see254

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see254

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see247

Süni intellektlə beyin əməliyyatı: Dünyada ilk uğur

28 Avqust 2026 22:43see239

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see226

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see225

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see222

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see220

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see213

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see200

Mütəxəssisdən HPV xəbərdarlığı: Hər 5 nəfərdən 4 ü yoluxur

28 Avqust 2026 23:14see188

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri