Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir. İl başa çatdığından kimdənsə yazıb qan qaraltmaq istəmirəm.
Onsuz da bəzi vəzifədə olanların qanı it qanından qaradır. Vəzifədə olmayanlar isə əllərini göyə qaldırıb dua edirlər ki, Allah, bu Tarif Şu
Heç olmazsa bayram günlərində. İndi mən durum yanan ocağın üstünə nöyüt töküm fış eləsin, olmaz belə, olmaz.
Dinclik istəyirsənsə, odun üstünə su tök ki, qışın bu günündə soyuq ürəyinə sərinlik gəlsin.
O gün mətbuatda oxuyuram ki, biri icra başçısına qarğış etdiyi üçün məhkəmə onu yüz manat cərimə edib, yaxşı eləyib.
Ə, sən kimsən ki, qarğış dualarını yığmısan sinədaşına, gələnə də, gedənə də qarğış daşı atırsan?
Arada bir alqış duası da atsan, dilin quruyacaq? Hər yeri qara daş kimi görürsən. Tanrı bir qara daş yaradıb, o da Kəbədədir.
Bir gün bir kişi avtobusa minir. Mənzil başına çatanda yol pulunu verməyib maşından düşür.