Icma.az
close
up
RU
Kimdən yazım? YUNUS OĞUZ yazır Felyeton

Kimdən yazım? YUNUS OĞUZ yazır Felyeton

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İl başa çatdığından kimdənsə yazıb qan qaraltmaq istəmirəm. Onsuz da bəzi vəzifədə olanların qanı it qanından qaradır. Vəzifədə olmayanlar isə əllərini göyə qaldırıb dua edirlər ki, Allah, bu Tarif Şurasına bir az insaf ver qiymətlər qalxmasın. Heç olmazsa bayram günlərində.

İndi mən durum yanan ocağın üstünə nöyüt töküm fış eləsin, olmaz belə, olmaz. Dinclik istəyirsənsə, odun üstünə su tök ki, qışın bu günündə soyuq ürəyinə sərinlik gəlsin. O gün mətbuatda oxuyuram ki, biri icra başçısına qarğış etdiyi üçün məhkəmə onu yüz manat cərimə edib, yaxşı eləyib. Ə, sən kimsən ki, qarğış dualarını yığmısan sinədaşına, gələnə də, gedənə də qarğış daşı atırsan? Arada bir alqış duası da atsan, dilin quruyacaq? Hər yeri qara daş kimi görürsən. Tanrı bir qara daş yaradıb, o da Kəbədədir.

Bir gün bir kişi avtobusa minir. Mənzil başına çatanda yol pulunu verməyib maşından düşür.

Sürücü bunun dalınca qışqırır:

-Ay kişi, hara gedirsən, yol pulunu verməmisən.

-Borcum nə qədərdi?

-Otuz qəpik.

Bu çıxardıb bir manat verib deyir:

-Qalığı lazım deyil.

-Niyə, dəli olmusan?

Kişi cavab verir:

-Yox, dəli olmamışam. Sadəcə olaraq, bu kənddə indiyə qədər mənə kişi deyən olmamışdı.

İndi durub sən də qarğış edirsən.

Qara daş dedim yadıma bir əhvalat düşdü.

Molla namazdan sonra məsciddə üzünü camaata tutub deyir:

-Ey cümlə, aramızda bir nəfər var, vaxtilə oğru, qumarbaz, içki içən, türmədə yatanın biri olub və nəhayət tövbə edib, dinə-imana gəlib. İndi qoy gəlib özü danışsın. Həmin adam başını qaldırmadan qabağa çıxır.

-Bəli, mömin qardaşlarım, molla düz deyir. Tövbə etmişəm, amma etdiyim əməllərə görə Allah məni bir dəfə də utandırmayıb. Ancaq, mən tövbə etdikdən sonra bu şərəfsiz məni hər dəfə bura -camaatın qarşısına çıxarıb biabır edir.

Molla baxır ki, bu kişi ona şərəfsiz dedi, atmaca atır:

-Allah elə səni mənim dilimlə utandırır də.

Bu kişi qanıqara durub gəlir evinə. Baxır ki, külfət "Möhtəşəm yüz il"ə baxır. Serialdan sonra uşaq anasına deyir:

-Ana, mən də padişah olmaq istəyirəm, həm də yeddi cariyəm olsun. Biri məni geyindirsin, biri çimizdirsin, biri yedizdirsin, biri nağıl danışsın...

Anası soruşur:

-Bəs kiminlə yatacaqsan?

Uşaq cavab verir:

-Ana, səni çox istəyirəm, ancaq səninlə yatacam.

-Bəs cariyələr harda yatacaq?

-Qoy onlar atamla yatsınlar.

Məsciddən qanıqara qayıdan atanın gözləri yaşarmış halda deyir:

-Padişahım, çox yaşa.

Deyirəm qəribə millətik. Bizimkilər heç nədən hər şey düzəldirlər.

Avropada salat düzəltdilər adını "Sezar", bizimkilər "Çoban" qoydular.

Soruşuram ki, niyə məhz "Çoban salatı"? Axı çoban çölün düzündə pomidor, xiyar, soğan əkməyib. Bəs niyə belə?

Müdrik görkəm alıb cavab verir:

-Çünki, peyğəmbərlərin əksəriyyəti çoban olub.

Belə çıxır ki, xalq qoyun olub. Yox, əstəfurullah belə deyil. Bizdə xüsusi, heç bir xalqda olmayan özünəməxsusluq var, hətta danışığımızda da.

Məsələn:

Xaricdə:

-Həyatım, zəhmət olmazsa televizorun səsini bir az al, mənə işləməyə mane olur...

Bizdə:

-Azz, söndür bu televizoru! Baş-beynim getdi, xarabada işləmək olmur e...

Xaricdə:

-Canım, sən mənə üzüntülü görünürsən.

Bizdə:

-Nədi az...z...z, yenə sir-sifətindən zəhrimar yağır.

Xaricdə:

-Salam dostum, işlər necə gedir?

Bizdə:

-Salam, alə yetim, nə var, nə yox?

Xaricdə:

-Dostum, məncə bu köynək sənə yaraşmır.

Bizdə:

-Nə gündəsən e...e...e, get dəyiş bu köynəyi, lap bambılıya oxşayırsan.

Xarisdə:

-Oğlum, heç nə olmaz, olan işdir. Kişi döyər də, döyülər də. İdmanla çox məşğul ol.

Bizdə:

-Kül sənin başıva, köpək oğlu. Daşı götürüb nallaya bilmirdin alnının ortasından?

Mən də deyirəm lay divarım var.

İndi bildiniz onlarda salata niyə "Sezar", bizdə niyə çoban salatı deyirlər?

Qocalarımız da az aşın duzu deyillər, az aşın da duzu olmaq istəmirlər.

Qulaqları zəif eşidən səksən yaşlı bir kişi həkimə gəlir. Ona ən yaxşı eşitmə aparatı verirlər. O əvvəlki tək yaxşı eşitməyə başlayır. Bir necə müddətdən sonra qoca müayinəyə gəlir. Həkim soruşur:

-Yəqin eşidə bildiyiniz üçün evdə hamı sevinir.

Qoca:

-Yox, yaxşı eşitdiyimi hələ evdəkilərə deməmişəm, oturub qulaq asıram. Artıq vəsiyyətnaməmdə üç dəfə dəyişiklik etmişəm.

Adama deyərlər, hec sənə yaraşır? Bir ayağın burdadır, bir ayağın gorda. Ölməmiş gorunu niyə söydürürsən?

Bu həkimlər də yamandırlar, ha... Sənə lazım idi? Görünür həkimlər bəstələdiyi mahnıları yaxşı eşitmək üçün belə edirlər.

Mənə elə gəlir ki, bəzi mahnıların ərsəyə gəlməsində ayrı-ayrı ixtisas həkimlərinin rolu vardır. Başqa cürə də ola bilməz!

Baxın:

Kardioloq:

-Ömür deyir qocalmışam, ürək deyir yaşa hələ.

-Can həkimi, terapevt:

-Belin ağrıyır? Belinə qurban.

Göz həkimi, oftalmoloq:

Elə baxma gözlərinə göz dəyər.

Sanitar həkimi:

Küçələrə su səpmişəm

Yar gələndə toz olmasın.

Stomatoloq:

Dişlərin incidəndir

Dürdəndir, incidəndir.

Həkim kosmetoloq:

Saçın ucun hörməzlər.

Həkim dietoloq:

Meyvələrdən üç meyvə var

Üçü də balam yeməli.

Növbətçi həkim:

Gəlmişəm otağına

Oyadım səni, qaragiləm.

Bütün bunları acı bağırsaq kimi uzatmaq da olardı. Tənqid deyil ki, hıqqana-hıqqana yazasan. Tənqid yiyələri iki hərfin arasında məna axtarırlar ki, görüm burda nə demək istəyirdi. Tənqid ağır məsələdir, inciklik, hədə, küsmək, təhdid və sairə, sairə.

Sən də gedib kiməsə qarğış edirsən, alqış et, savabını qazan.

Ən önəmlisi isə, hansı zibilin içində olmağına baxmayaraq, xoşbəxtsənsə səsini çıxartma. Yoxsa sərçənin gününə düşərsən.

Bayramınız mübarək!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Yanvar 2026 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri