Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İndi fiziklər qurğuşun atomlarının nüvələrinin toqquşması ilə transmutasiyanı, yəni qurğuşunun qızıla çevrilməsini müşahidə ediblər.
...Alimlər dünyanın ən güclü hissəcik sürətləndiricisində qurğuşun atomlarının qızıl atomlarına çevrilməsini aşkar etmək üçün Böyük Adron Kollayderində ALICE detektorundan istifadə ediblər.
Bu detektor qurğuşun atomları toqquşduqda nə baş verdiyini öyrənir.
Əsasən Böyük Partlayışdan sonrakı ilk anlarda mövcud olmuş kvark-qluon plazmasını öyrənmək üçün istifadə olunur.
Lakin qurğuşun atomlarının toqquşması onları qızıl atomlarına çevirə bilər.
SİA-nın məlumatına görə, araşdırma Physical Review C jurnalında dərc olunub.
Qeyd edək ki, qurğuşunu qızıla çevirmək orta əsr kimyagərlərinin arzusu olub.