Kino Agentliyi iki filmin istehsalına görə İTV yə 900 min manat ödəyəcək

27.08.2026

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Azərbaycan Respublikasının Kino Agentliyi İctimai Televiziya və Radio Yayımları Şirkəti (İctimai TV) ilə 2 satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, müqavilələr tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Qeyd edək ki,  İctimai TV Kino Agentliyinin sifarişi əsasında “Mən, Lalə, bir də Şerlok Holms“ tammetrajlı bədii filmin istehsalının həyata keçirəcək və qarşılığında 500 000 manat alacaq. Digər müqaviləyə görə isə İctimai TV “Cazda birinci” adlı tammetrajlı bədii filmin istehsalını həyata keçirəcək və qarşılığında 400 000 manat alacaq.
Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью