Kino Agentliyi iki filmin istehsalına görə İTV yə 900 min manat ödəyəcək
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Respublikasının Kino Agentliyi İctimai Televiziya və Radio Yayımları Şirkəti (İctimai TV) ilə 2 satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilələr tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Qeyd edək ki, İctimai TV Kino Agentliyinin sifarişi əsasında “Mən, Lalə, bir də Şerlok Holms“ tammetrajlı bədii filmin istehsalının həyata keçirəcək və qarşılığında 500 000 manat alacaq. Digər müqaviləyə görə isə İctimai TV “Cazda birinci” adlı tammetrajlı bədii filmin istehsalını həyata keçirəcək və qarşılığında 400 000 manat alacaq.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Kino Agentliyi ofis axtarır 768 min ödəyəcək
02 Oktyabr 2025 11:56
Kino Agentliyi “Nurgün Motors”a 10 min ödəyəcək
13 Oktyabr 2025 16:45
Kino Agentliyi Seymur Seyidbəyliyə 400 min ödəyəcək KONKRET
26 Fevral 2026 13:13
Kino Agentliyi bu şəxslərin hər birinə 9 800 manat ödəyəcək
26 Fevral 2025 16:08
Kino Agentliyi bu şirkətə 518 min manat ödəyəcək 3 gün sonra tədbirdir
01 Dekabr 2025 17:06
Baxış sayı:142
Bu xəbər 27 Avqust 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















