Kino Günü bayrama çevriləcək: Nələr planlaşdırılıb

21.08.2026

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İyulun 31-də Nizami Kino Mərkəzində Kino Günü münasibətilə təşkil olunacaq xüsusi tədbirdə milli kino sənayemizin il ərzində məhsuldar faliyyət göstərmiş təmsilçiləri mükafatlandırılacaq və yeni istehsal edilmiş ekran əsərləri izləyicilərə təqdim olunacaq.

Avqustun 1-də Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında kino axşamı keçiriləcək. ARKA və “Azərbaycanfilm” Kinostudiyasının birgə təşkil etdiyi tədbir çərçivəsində qonaqlar üçün kinostudiya ərazisində ekskursiya təşkil olunacaq, real çəkiliş prosesini izləmək imkanı yaradılacaq, DJ performansının müşayiəti ilə mural təqdimatından ibarət vizual proqram təqdim olunacaq. Bununla yanaşı, “Bəyin oğurlanması” və “Gün keçdi” filmlərinin açıq havada nümayişi keçiriləcək.
Eyni zamanda, regionlarda və Bakının müxtəlif yerlərində həm qapalı, həm açıq məkanlarda – kinoteatrlarda, mədəniyyət mərkəzlərində, parklarda həm yeni, həm də klassik filmlərimizin kinosevərlər üçün nümayişi keçiriləcək.

Azərbaycan Kinosu Günü münasibətilə həmçinin televiziya kanalları və yerli striminq platformalarında milli filmlərimizin təbliği həftəsinin keçirilməsi planlaşdırılıb. Avqustun 1-dən 7-dək “KinoBox” platformasında klassik Azərbaycan kinosunun unudulmaz ekran əsərlərini ödənişsiz izləmək mümkün olacaq.

Beləliklə, bütün tədbirlər əsl kino bayramı ab-havasını bəxş edəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью