Kino Günü bayrama çevriləcək: Nələr planlaşdırılıb
Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İyulun 31-də Nizami Kino Mərkəzində Kino Günü münasibətilə təşkil olunacaq xüsusi tədbirdə milli kino sənayemizin il ərzində məhsuldar faliyyət göstərmiş təmsilçiləri mükafatlandırılacaq və yeni istehsal edilmiş ekran əsərləri izləyicilərə təqdim olunacaq.
Avqustun 1-də Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında kino axşamı keçiriləcək. ARKA və “Azərbaycanfilm” Kinostudiyasının birgə təşkil etdiyi tədbir çərçivəsində qonaqlar üçün kinostudiya ərazisində ekskursiya təşkil olunacaq, real çəkiliş prosesini izləmək imkanı yaradılacaq, DJ performansının müşayiəti ilə mural təqdimatından ibarət vizual proqram təqdim olunacaq. Bununla yanaşı, “Bəyin oğurlanması” və “Gün keçdi” filmlərinin açıq havada nümayişi keçiriləcək.
Eyni zamanda, regionlarda və Bakının müxtəlif yerlərində həm qapalı, həm açıq məkanlarda – kinoteatrlarda, mədəniyyət mərkəzlərində, parklarda həm yeni, həm də klassik filmlərimizin kinosevərlər üçün nümayişi keçiriləcək.
Azərbaycan Kinosu Günü münasibətilə həmçinin televiziya kanalları və yerli striminq platformalarında milli filmlərimizin təbliği həftəsinin keçirilməsi planlaşdırılıb. Avqustun 1-dən 7-dək “KinoBox” platformasında klassik Azərbaycan kinosunun unudulmaz ekran əsərlərini ödənişsiz izləmək mümkün olacaq.
Beləliklə, bütün tədbirlər əsl kino bayramı ab-havasını bəxş edəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Kino Günü bayrama çevriləcək: Nələr planlaşdırlıb
30 İyul 2026 13:11
Matəm günü ümumxalq dəstəyinə çevriləcək... AÇIQLAMA
27 Dekabr 2024 12:34
Metapneumovirus pandemiyaya çevriləcək?
07 Yanvar 2025 10:54
Ölümsüzlük reallığa çevriləcək..?
24 Fevral 2025 00:17
Yayda işsizə çevriləcək
03 May 2026 20:07
Baxış sayı:63
Bu xəbər 21 Avqust 2026 04:09 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları