Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Kino ulduzu Tom Kruz "Missiya: Mümkünsüz - Son hesab" filmi ilə yenidən tamaşaçıların görüşünə gələcək.
Reyting.az xəbər verir ki, "Missiya: Mümkünsüz" adlanan, bir neçə bölümdən ibarət olan yeni film Hollivudun ən möhtəşəm, uzun müddət davam edən françayzinqlərindən biridir və onun son fəsli kino dünyasında əsl hadisə vəd edir.
Tom Kruz sevimli İtan Hant rolunu yenidən canlandıracaq və ənənəyə uyğun yenə ən çətin tryuklar kaskadyorlarsız, aktyorun özü tərəfindən ifa ediləcək.
Tom Kruzun canlandırdığı MKİ-nin super casusu İtan Hantın öz dəstəsinin köməyi ilə qeyri-adi və gərgin sərgüzəştlərindən bəhs edən franşizanın səkkizinci hissəsi 2023-cü ildən əvvəl çəkilmiş filmlərin birbaşa davamı və ola da bilsin ki, bütün seriyanın son filmi olacaq.Xatırladaq ki, Tom Kruzun qəhrəmanı yeddinci filmin sonunda cinayətkarı məğlub edə bilsə də, cani yenə qaçmağı bacarmışdı.
Serialın baş ulduzu ilə yanaşı, heyətdəki digər aktyor və aktrisalar yenə Tom Kruzla birgə olacaqlar.
Heyli Atvel, Vinq Rayms, Saymon Peqq, Vanessa Kirbi ilə yanaşı Henri Çerni, Esai Morales və Pom Klementieff də öz rollarına qayıdacaqlar.1996-cı ildə çəkilmiş birinci filmdə iştirak edən Rolf Sakson da bu ekran əsərində rol alıb.
Üstəlik də, bu dəfə yeni gələnlər arasında Nik Offerman, Holt Makkellani, Hannah Ueddinqhem və Keyt OBrayan da var.Əvvəlki filmlə bağlı vəziyyət, pandemiya və bir neçə məsələ ilə bağlı təcili təxirə salınma səbəbiylə Makkuorrinin filminin büdcəsinin marketinq xərcləri də istisna olmaqla, 290 milyona çatması ilə iş daha da çətinləşib.