Icma.az
close
up
RU
Kino ulduzu yeni Missiya ilə gəlir

Kino ulduzu yeni Missiya ilə gəlir

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Kino ulduzu Tom Kruz "Missiya: Mümkünsüz - Son hesab" filmi ilə yenidən tamaşaçıların görüşünə gələcək.
Reyting.az
xəbər verir ki, "Missiya: Mümkünsüz" adlanan, bir neçə bölümdən ibarət olan yeni film Hollivudun ən möhtəşəm, uzun müddət davam edən françayzinqlərindən biridir və onun son fəsli kino dünyasında əsl hadisə vəd edir. Tom Kruz sevimli İtan Hant rolunu yenidən canlandıracaq və ənənəyə uyğun yenə ən çətin tryuklar kaskadyorlarsız, aktyorun özü tərəfindən ifa ediləcək.
Tom Kruzun canlandırdığı MKİ-nin super casusu İtan Hantın öz dəstəsinin köməyi ilə qeyri-adi və gərgin sərgüzəştlərindən bəhs edən franşizanın səkkizinci hissəsi 2023-cü ildən əvvəl çəkilmiş filmlərin birbaşa davamı və ola da bilsin ki, bütün seriyanın son filmi olacaq.
Xatırladaq ki, Tom Kruzun qəhrəmanı yeddinci filmin sonunda cinayətkarı məğlub edə bilsə də, cani yenə qaçmağı bacarmışdı.

Serialın baş ulduzu ilə yanaşı, heyətdəki digər aktyor və aktrisalar yenə Tom Kruzla birgə olacaqlar. Heyli Atvel, Vinq Rayms, Saymon Peqq, Vanessa Kirbi ilə yanaşı Henri Çerni, Esai Morales və Pom Klementieff də öz rollarına qayıdacaqlar.
1996-cı ildə çəkilmiş birinci filmdə iştirak edən Rolf Sakson da bu ekran əsərində rol alıb. Üstəlik də, bu dəfə yeni gələnlər arasında Nik Offerman, Holt Makkellani, Hannah Ueddinqhem və Keyt OBrayan da var.
Əvvəlki filmlə bağlı vəziyyət, pandemiya və bir neçə məsələ ilə bağlı təcili təxirə salınma səbəbiylə Makkuorrinin filminin büdcəsinin marketinq xərcləri də istisna olmaqla, 290 milyona çatması ilə iş daha da çətinləşib. Yeddinci film üçün son kassa gəlirləri 600 milyona çatsa və daha sonra 571 milyon dollar olduğu bilinsə belə bu, büdcələrin bir layihəsinin dəyərini ödəmək üçün kifayət etməyib.
Filmin istehsal çətinlikləri hətta yeni lentə alınacaq bu ekran əsərindən də "Missiya: Mümkünsüz - Son hesab"-dan belə yan keçməyib. 2023-cü ildə Hollivud tətilləri səbəbiylə çəkilişlər əvvəlcə dayandırılıb, sonra isə çəkiliş heyəti bəzi problemlərlə üzləşib. Filmin istehsalı zamanı prosesdə istifadə olunan sualtı qayıqda nasazlıq aşkar edilib ki, bu da təkcə vaxta deyil, həm də layihənin ümumi büdcəsinə mənfi təsir göstərib.

Filmin çəkilişləri 2024-cü ilin noyabrında tam başa çatıb və büdcə, bəzi mənbələrə görə, reklamlar istisna olmaqla, təxminən 400 milyon dollara yaxınlaşıb.
Tom Kruz bildirib ki, o, hətta 80 yaşında da bu film üzərində işləməkdən çəkinmək fikrində deyil.
"Missiya: Mümkünsüz - Son hesab" adlı bu səkkizinci filminin ilk nümayişi 23 may 2025-ci ildə olacaq.
Oqtay QORÇU
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:230
embedMənbə:https://reyting.az
archiveBu xəbər 06 Fevral 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri