Icma.az, Modern.az portalına istinadən məlumat yayır. Şimali Kipr Türk Respublikasında (ŞKTR) oktyabrın 19-da prezident seçkiləri keçiriləcə
Seçkilərin favorit namizədləri hazırkı dövlət başçısı Ersin Tatar və müxalif Cümhuriyyətçi Türk Partiyasının (CTP) lideri Tufan Erhürmandır.
Ersin Tatar seçkiyə Milli Birlik Partiyası (UBP) sədri kimi qatılır, onu həm də Demokrat Partiya (DP) və Yenidən Doğuş Partiyası (YDP) rəsmi
Sağ düşərgənin bu ittifaqı mətbuatda “Sağduyu Mutabakatı” kimi təqdim olunur.
Mehmet Hasgüler və Arif Kırdağ seçkilərə müstəqil namizəd kimi qatılıb, solçuların namizədi isə Osman Zorbadır.
Seçkilərin birinci turunda namizədlər qələbə qazanmaq üçün mütləq səs çoxluğu, yəni 50 faizdən çox səs toplamalıdırlar.
Prezident birinci turda qalibin müəyyənləşmədiyi halda oktyabrın 26-da ikinci tur keçiriləcək.
Bu zaman seçkilərin birinci turunda ən çox səs toplayan iki namizəd iştirak edəcək.