Icma.az
close
up
RU
Kipr türkləri seçim qarşısında: iki dövlət, yoxsa federasiya...

Kipr türkləri seçim qarşısında: iki dövlət, yoxsa federasiya...

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Şimali Kipr Türk Respublikasında (ŞKTR) oktyabrın 19-da prezident seçkiləri keçiriləcək. Seçkilərin favorit namizədləri hazırkı dövlət başçısı Ersin Tatar və müxalif Cümhuriyyətçi Türk Partiyasının (CTP) lideri Tufan Erhürmandır.

Ersin Tatar seçkiyə Milli Birlik Partiyası (UBP) sədri kimi qatılır, onu həm də Demokrat Partiya (DP) və Yenidən Doğuş Partiyası (YDP) rəsmi olaraq dəstəkləyir. Sağ düşərgənin bu ittifaqı mətbuatda “Sağduyu Mutabakatı” kimi təqdim olunur.

Mehmet Hasgüler və Arif Kırdağ seçkilərə müstəqil namizəd kimi qatılıb, solçuların namizədi isə Osman Zorbadır.

Seçkilərin birinci turunda namizədlər qələbə qazanmaq üçün mütləq səs çoxluğu, yəni 50 faizdən çox səs toplamalıdırlar. Prezident birinci turda qalibin müəyyənləşmədiyi halda oktyabrın 26-da ikinci tur keçiriləcək. Bu zaman seçkilərin birinci turunda ən çox səs toplayan iki namizəd iştirak edəcək.

Adanın gələcəyi: iki dövlət, yoxsa federasiya…

Favorit namizədlər adanın gələcək statusu barədə tam fərqli vizyonlarla çıxış edir. Ersin Tatar ikidövlətli həll ideyasını dəstəkləyir və BMT çərçivəsində danışıqlarda federasiya yaradılmasını ideyasına qarşı çıxır. Ersin Tatarın düşüncəsinə görə, Şimali Kipr və Cənubi Kipr ayrı-ayrı dövlətlər olmalıdır. Türkiyə hakimiyyəti də bu siyasəti dəstəklədiyi üçün Ankara bu seçkidə Ersin Tatarı dəstəkləyir.

Tufan Erhürman isə BMT parametrlərinə uyğun “iki toplumlu, iki bölgəli, siyasi bərabərliyə dayalı federasiya” modelini müdafiə edir; beynəlxalq hüquqa uyğun normallaşma və Avropa İttifaqına (Aİ) mühitinə inteqrasiya perspektivini önə çəkir.

Ersin Tatarın xüsusi müşaviri Gökhan Güler Modern.az-a açıqlamasında bildirib ki, əsas mübarizə “federasiya” və “iki dövlət” yanaşmaları arasında gedir.

“Cənab Tatar ilk dəfə namizəd olanda xalqa iki dövlətli həll üçün çalışacağını bildirmişdi. Xalq da buna səs verdi. Müxalifətin lideri Erhürman isə federasiya modelini müdafiə edir. Müxalifətin namizədi bu fikri siyasi bərabərlik məfhumu üzərindən irəli aparmaq istəyir. 1960-cı ildə ingilislər adadakı hakimiyəti hər iki tərəfə bərabər şəkildə təhvil verib. Həmin vaxt bərabər siyasi iradə və azad seçki ilə Kipr Respublikası qurulmuşdu. Lakin 1963-cü ildə yunan tərəfi silah gücündən istifadə etdi. Federasiya düşüncəsində olanlar Kipr türklərini yenidən geriyə qaytarmaq niyyətindədir. Amma Prezident Ersin Tatarın irəli sürdüyü mövqe Şimali Kiprin suveren bərabərliyinin tanınmasıdır. Çünki siyasi bərabərlikdə masaya əyləşdikdə yunanlar dövlət, türklər toplum olacaq. Kipr türk xalqı bunu qəbul etmir. Biz iki eyni səviyyəli tərəf olaraq masaya əyləşməliyik. Xalq da iki dövlətli sistemi dəstəkləyir” – Güler deyib.

Onun sözlərinə görə, Tatar hazırda sorğularda 1–2 faiz öndədir.

“Ulusal Birlik, Demokrat və Yeni Doğuş Partiyalarının qurduğu ittifaq da Prezidentimizi namizəd göstərib və axıra qədər də  onu dəstəkləyəcəklər. Müxalifətin namizədi sağçılığın və solçuluğun geridə qaldığını, siyasi bərabərliyə nail olacaqlarını deyir. Bununla xalqımızın başını qarışdırmaq istəyirlər. Amma siyasi bərabərliyin real tərəfi yoxdur. Rum tərəfi ikidövlətli həll yolunu istəmir. Çünki onlar türk əskərinin ərazidən çıxmasını istəyirlər. Bu dövrdə müharibə olmaz deyirdilər. Amma Liviyada, İraqda, Ukraynada nələr olduğunu hamımız birlikdə izləmədikmi? Oxşar vəziyyəti bir dahamı yaşayaq? Çox şükür ki, Azərbaycan Qarabağdakı işğala 30 il sonra son qoydu. Hər zaman belə bir şans ələ gəlmir. Biz illərlə torpaqlarımızdan, evlərimizdən, dövlətimizdən olduq. Hələ də bizi geri qaytaracaq federasiya düşüncəsini irəli sürürlər”.

Türkiyə əsas aktordur

Seçkilər həm də Ankara üçün strateji əhəmiyyət daşıyır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT tribunasından dəfələrlə “federasiya dövrünün bitdiyini” bəyan edib. 2024-cü ildə Türkiyə Böyük Millət Məclisi həm iqtidar, həm də müxalifətin dəstəyi ilə qəbul etdiyi “Kıbrıs Tezkeresi” ilə iki dövlətli həll siyasətinə tam dəstək ifadə edib.

TBMM-də Türkiyə–Azərbaycan Dostluq Qrupunun rəhbəri, AKP-dən deputat Şamil Ayrım Modern.az-a açıqlamasında deyib ki, seçkilərin nəticəsi Türkiyə üçün həlledici olacaq:

“2004-cü ildə Türk tərəfi Annan planını qəbul etdi, amma Avropa Birliyi yunan tərəfini üzv qəbul etdi. Bu da federasiya modelinin işə yaramadığını göstərdi. İki dövlətli həll artıq həm Şimali Kipr, həm də Türkiyə üçün qaçılmazdır. Seçkilər çətin keçəcək, amma nəticədə qazanan Türkiyə olacaq,” - deputat bildirib.

Şamil Ayrım, həmçinin Türkiyənin ŞKTR-də son illərdə həyata keçirdiyi layihələri (dəniz altından suyun gətirilməsi, yeni infrastruktur və elektrik layihələri, sosial xidmətlərin inkişafı) misal göstərib.

Ekpertlər deyir ki, ŞKTR-də seçki kampaniyası beynəlxalq statusla bağlı mübahisələrlə yanaşı, iqtisadi çətinliklərlə də müşaiyət olunur. Türkiyə iqtisadiyyatındakı təlatümlər Şimali Kiprə də təsir edib. Ölkə yüksək inflyasiya ilə mübarizə aparır və qiymətlərin artması əhalinin rifahına təsir edir.

Beləliklə, Şimali Kipr seçkiləri adanın gələcəyini müəyyənləşdirəcək. Hakim partiya ikidövlətli həlli, müxalifət isə federasiya modelini dəstəkləyir. Sorğular birinci turda heç bir namizədin mütləq səs çoxluğu qazanmayacağını göstərir, belə olan halda seçkilərin nəticəsinin ikinci turda müəyyən ediləcəyi gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Sentyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri