Kirayənin vergiləri dəyişir: Qiymət də dəyişəcək? | Icma.az
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fiziki şəxslərə məxsus yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlər vergiyə cəlb olunacaq.
Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Laiyəyə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq.
Qeyd edək ki, bu gün ölkəmizdə kirayə müqavilələri çox az sayda bağlanır.
Bu qərardan sonra evini müqaviləsiz kirayə verənlərin artmasına səbəb olacaqmı? Həmçinin bu vergi əmlak sahiblərindən necə tutulur?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, mövcud qanunvericiliyə əsasən, hər hansı bir əmlak kirayə verilirsə, mütləq şəkildə həmin əmlakla bağlı kirayə müqaviləsi notariat qaydasında bağlanmalıdır: “Notariat qaydasında təsdiqlənən müqavilədə əmlakın aylıq kirayə qiyməti göstərilir.
Əmlakını kirayə verən şəxs fiziki şəxs olaraq VÖEN açmalı, daha sonra həmin VÖEN üzərindən bank hesabı yaradaraq rüblük dövrdə əldə etdiyi gəlirdən dövlətə vergi ödəməlidir.
Tam oxu
Xəbəri oxu