Icma.az, Oxu.az saytına istinadən bildirir. Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi mülkiyyət hüquqi ilə bağlı vahid məhkəmə təcrübəs
Oxu.Az xəbər verir ki, işin hallarına görə, tərəflər keçmiş ər-arvad olub, nikahları 2018-ci ildə pozulub.
Mübahisə cavabdehin (arvadın) fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi ilə bağlıdır.
Həmin evin yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə 1/2 payla iddiaçının (ərin), 1/2 payla cavabdehin, fərdi yaşayış evi isə tam payla iddiaçının adına qeydə alınıb.
Hazırda iddiaçı cavabdehə qarşı yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödəməklə xitam verilməsinə dair iddia qaldırıb.
Birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının 8000 manat kompensasiya ödəməsi müqabilində cavabdehin fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, göstərilən kompensasiya ödənildikdən sonra cavabdehin əşyaları ilə birlikdə evdən çıxarılması qət edilib.
Bundan sonra cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş edib.
Apellyasiya instansiya məhkəməsinin qərarı ilə apellyasiya şikayəti qismən təmin edilib, birinci cavabdehin fərdi yaşayış evinə olan istifadə hüququna iddiaçı tərəfindən 10 000 manat kompensasiya verilməklə xitam verilməsi və onun fərdi yaşayış evindən çıxarılması qət edilib.