Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Kişi boşandığı qadını mənzildən çıxara bilərmi? MÜHÜM QƏRAR

Kişi boşandığı qadını mənzildən çıxara bilərmi? MÜHÜM QƏRAR

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi mülkiyyət hüquqi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Oxu.Az xəbər verir ki, işin hallarına görə, tərəflər keçmiş ər-arvad olub, nikahları 2018-ci ildə pozulub. Mübahisə cavabdehin (arvadın) fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi ilə bağlıdır. Həmin evin yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə 1/2 payla iddiaçının (ərin), 1/2 payla cavabdehin, fərdi yaşayış evi isə tam payla iddiaçının adına qeydə alınıb.

Hazırda iddiaçı cavabdehə qarşı yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödəməklə xitam verilməsinə dair iddia qaldırıb. Birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının 8000 manat kompensasiya ödəməsi müqabilində cavabdehin fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, göstərilən kompensasiya ödənildikdən sonra cavabdehin əşyaları ilə birlikdə evdən çıxarılması qət edilib. Bundan sonra cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş edib. Apellyasiya instansiya məhkəməsinin qərarı ilə apellyasiya şikayəti qismən təmin edilib, birinci cavabdehin fərdi yaşayış evinə olan istifadə hüququna iddiaçı tərəfindən 10 000 manat kompensasiya verilməklə xitam verilməsi və onun fərdi yaşayış evindən çıxarılması qət edilib.

Lakin cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini, ona 25 000 manat kompensasiya verilməklə iddiaçının mülkiyyətində olan yaşayış evindən istifadə hüququna xitam verilməklə evdən çıxarılmağına dair qərar qəbul edilməsini, bu mümkün olmadıqda isə işin hərtərəfli və obyektiv araşdırılması üçün apelyasiya məhkəməsinə qaytarılmasını xahiş edib.

Ali Məhkəmənin mövqeyi:

"İşə baxmış aşağı instansiya məhkəmələri Mülki Məcəllənin 228.2-ci maddəsinə istinad edərək kompensasiya verilməklə cavabdehin mənzildən istifadə hüququna xitam verilməli olması qənaətinə gəliblər. Bu mövqe ilə razılaşmayan kassasiya kollegiyası bildirib ki, vahid mülkiyyət qaydasına uyğun olaraq, mübahisəli ev onun yerləşdiyi torpaq sahəsinin tərkib hissəsidir, dolayısı ilə də onlar vahid daşınmaz əşya hesab edilir.

Tərkib hissənin, o cümlədən vahid əşyanın hüquqi vəziyyəti ilə bağlı qeyd edilib ki, bir əşya başqa bir əşyanın tərkib hissəsinə çevrildiyi andan müstəqil əşya vəsfini itirir, əsas əşyanın hüquqi vəziyyətinə tabe olur. Bu o deməkdir ki, əsas əşyanın mülkiyyətçisi tərkib hissənin də mülkiyyətçisi hesab olunur. Mülki Məcəllənin 135.10-cu maddəsində əşyanın mülkiyyətçisinin onun bütün tərkib hissələrinin mülkiyyətçisi olduğu açıqca göstərilir. Bundan əlavə, həmin Məcəllənin 135.4-cü maddəsində xüsusi olaraq göstərilmişdir ki, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

Beləliklə, tərəflər arasında mübahisəli daşınmaz əşyanın hazırkı məqamda mövcud olan hüquqi vəziyyəti nəzərə alınmadan bir mülkiyyətçi olan iddiaçının tələbi ilə digər mülkiyyətçi olan cavabdeh mübahisəli daşınmaz əşyadan çıxarıla bilməz. Çünki, qanunvericiliyimizdə bir mülkiyyətçinin öz təşəbbüsü ilə digər mülkiyyətçini iradəsinə zidd şəkildə kompensasiya ödəməklə daşınmaz əşyadan çıxarması nəzərdə tutulmayıb. Əks yanaşma cavabdehin mülkiyyət hüquqlarının qanuni əsas olmadan məhdudlaşdırılması ilə nəticələnərdi.

Belə olduğu halda, hazırkı məqamda iddiaçı tərəfindən kompensasiya ödənilməklə cavabdehin istifadə hüququna xitam verilməsi mümkün deyil. Başqa sözlə, Mülki Məcəllənin 228.2-ci maddəsinin şərtləri hazırkı işdə müəyyən olunmamışdır".

Həmçinin qeyd olunub ki, mövcud hüquqi vəziyyətə görə iddianın təmin edilməsinin mümkün olmaması, iddiaçını gələcəkdə yeni əsaslarla eyni iddianı qaldırmaq imkanından məhrum etmir. Belə ki, ümumi mülkiyyətdə olan əşyadan payın naturada ayrılması və ya bölünməsi mümkündür. Bunu edən ümumi mülkiyyətçi əşyanın öz payına uyğun olaraq naturada ayrılmış (və ya bölünmüş) hissəsinə fərdi mülkiyyət hüququ əldə edir. Fərdi mülkiyyət hüququna malik olan şəxs isə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbini irəli sürə bilər. Bu halda qaldırılacaq iddia yeni əsasla irəli sürülmüş tələb sayılacaq.

Bu baxımdan Ali Məhkəmənin Mülki kollegiyasının qərarı ilə kassasiya şikayəti təmin edilib. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunub, iş üzrə yeni qərar çıxarılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:301
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Aprel 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see321

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see293

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see270

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see266

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see251

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see246

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see246

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see237

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see222

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see215

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see203

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see197

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see194

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see191

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see190

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see183

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see178

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see177

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see176

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri