Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Kişilər boşandıqları qadınları niyə qətlə yetirir?
Bu gün cəmiyyətdə ən çox verilən, amma insanların cavab tapa bilmədiyi sual. Adam sevib ailə qurur, bir, yaxud iki övladı olur.
Günlərin birində tərəflərin sözləri çəpləşir, münasibətlər korlanır, məhkəməyə üz tutur və qanunun tələblərinə uyğun boşanırlar.
Qəradan sonra hərə öz həyatını yaşamalıdır, amma... Kişiləri cinayətə sürükləyən yol da buradan qaynaqlanır.
Kişilər boşadıqları eks-həyat yoldaşlarını gözdən qoymur, onu qarabaqara, addım-addım izləyir.
Elə ki, sabiq arvadı haqqında xoşagəlməyən bir söz eşitdilər, həmin anda onu öldürməyə qərar verirlər.
Avtosfer.az xəbər verir ki, bu barədə sosioloq Asif Bayramov Qaynarinfo-ya açıqlamasında boşanan qadınların əri tərəfindən qətlə yetirilməsinin günümüzün ən aktual problemlərindən biri olduğunu diqqətə çatdırıb: "Problem müasir boşanma-evlənmə modellərinin mahiyyətinin sona kimi aydın olmamasıdır.
Çünkü Qərb düşüncəsinin təsiri nətiçəsində Azərbaycanda ailə modeli, ailə institutu kifayət qədər təhrif olunub.