Icma.az
close
up
RU
Kişilər boşandıqları qadınları niyə qətlə yetirir? Cavabsız suala cavab

Kişilər boşandıqları qadınları niyə qətlə yetirir? Cavabsız suala cavab

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kişilər boşandıqları qadınları niyə qətlə yetirir? Bu gün cəmiyyətdə ən çox verilən, amma insanların cavab tapa bilmədiyi sual. Adam sevib ailə qurur, bir, yaxud iki övladı olur. Günlərin birində tərəflərin sözləri çəpləşir, münasibətlər korlanır, məhkəməyə üz tutur və qanunun tələblərinə uyğun boşanırlar.  Qəradan sonra hərə öz həyatını yaşamalıdır, amma... Kişiləri cinayətə sürükləyən yol da buradan qaynaqlanır. Kişilər boşadıqları eks-həyat yoldaşlarını gözdən qoymur, onu qarabaqara, addım-addım izləyir. Elə ki, sabiq arvadı haqqında xoşagəlməyən bir söz eşitdilər, həmin anda onu öldürməyə qərar verirlər.

Avtosfer.az xəbər verir ki, bu barədə sosioloq Asif Bayramov Qaynarinfo-ya açıqlamasında boşanan qadınların əri tərəfindən qətlə yetirilməsinin günümüzün ən aktual problemlərindən biri olduğunu diqqətə çatdırıb:

"Problem müasir boşanma-evlənmə modellərinin mahiyyətinin sona kimi aydın olmamasıdır. Çünkü Qərb düşüncəsinin təsiri nətiçəsində Azərbaycanda ailə modeli, ailə institutu kifayət qədər təhrif olunub. Biz ənənəvi ailə modelini olduğu kimi qoruyub saxlamğı bacarmamışıq. Ancaq bəla burasındadır ki, biz ailə modelində iki elementə daha üstünlük vermişik. Bunlardan biri bizim patriarxal xalq düşüncəsindən bu günə kimi gəlib çıxan zərərli elementlərdir. İkincisi, Qərb cəmiyyətindən bizə eksport olunmuş zərərli elementlərdir. Birinci elementin qalması sizin dediyiniz həmin faciənin törədilməsinə gətirib çıxardır. Bu günə qədər kişilər ailə qurduğu qadına həyat yoldaşı kimi deyil, öz şəxsi mülkiyyəti kimi yanaşır. Və boşanandan, hətta hüquq səviyyəsində qadın azadlığını, müstəqilliyini əldə edəndən sonra kişilərdə həmin xüsusi mülkiyyət duyğusu, şüuru yoxa çıxmır, onun aləmində həmin qadın əbədi onun şəxsi mülkiyyəti olaraq qalır".

Asif Bayramovun fikirincə, bu problemin həlli Azərbaycanda iki istiqamətdə aparılmalıdır:

"Birincisi, hüquqi səviyyədə. İnsanlar, gənclər orta məktəblərdən başlayaraq hüquqi-maariflənməyə cəlb olunmalıdır. Digər tərəfdən müasir gənclərə etik və əxlaqi dəyərlər aşılanmalıdır. Çünki həmin faciənin baş verməsinin təməlində bizim insanların patriarxal düşüncələri dayanır. Məsələ burasındadır ki, bu günə kimi Azərbaycan cəmiyyətində epizodik deyil, tipik xarakter alsa da, onun qorunması istiqamətində müvafiq dövlət qurumları, hüquq-mühafizə orqanları, məhkəmə istintaq orqanları hələlik hansısa müvafiq proqram tətbiq eləmirlər. Çünki boşanmadan sonra qadının hüquqlarının müdafiəsi sanki unudulur, yaddan çıxır. Amma hazırda mövcud olan reallıq heç də həmişə qadınların zərərinə yox, bəzən kişilərin də zərərinə işləyir. Biz qadın taleyi haqqında düşünəndə bəzən kişilərin hüquqların unuduruq. Müasir dövrdə müəyyən kateqoriyalı qadınlar var ki, onlar özü üçün müqəddəs ailə ocağı yaratmaq naminə evlənmir. O, kişiyə özünün sərbəst gələcəyini qurmaq üçün bir vasitə kimi yanaşır. Kişinin imkanlarından faydalanaraq özünün sərbəst həyatının əsaslı bazasaını qurur. Evlənib bir uşaq olan kimi heç bir ciddi səbəb olmadan boşanıb uşağa aliment alaraq sərbəst həyatını yaşayır".

Sosioloq hesab edir ki, kişinin boşanandan sonra həyat yoldaşını öldürməsi onun patriarxal düşüncəsindən qaynaqlanır:

"Elə insanlar da var ki, boşanmış həyat yoldaşına qarşı zorakılığının kökündə həmin qadının kişinin imkanlarından sui-istifadə etməsi dayanır. Çünki qadın ailə qurur, sonradan ərinin imkanlarını şəxsi məqsədlərinə yönəldir. Bu halda kişi artıq özünü aldadılmış, bədbəxt hesab edir. Bu hadisələrin kökündə kifayət qədər fərqli səbəblər dayana bilər. Bu halları sosial zəmində təsnifləşdirmək zəruridir və ondan sonra bunun həlli yollarını tapmaq daha rahatdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 08 Aprel 2025 23:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri