Azpolitika.az saytına istinadən Icma.az xəbər verir. Etibar Əliyev,fəlsəfə üzrə fəlsəfə doktoruİki nəhəng bəstəkarın adına olan küçədə iki d
Fikrət Əmirov küçəsində "Kitab evi" və Üzeyir Hacıbəyli adına küçədə Səttar Bəhlulzadə adına Sərgi salonu. İndi bunların heç biri yoxdur.
"Kitab evi" Sovetlər İttifaqında ən böyük mağazalardan biri idi. Bəli, kitab yaddaşdır!
Həmin mağazadan aldığım kitabları gördükcə, oranın aurasını xatırlayıram: Birinci mərtəbədə "Bukinist" yerləşirdi.
"Kitav evi"nin xüsusi müştəriləri var idi. Hər həftə gedib yenilikləri soruşardıq. Məkan və zaman kateqoriyasının qəribə xüsusiyyətləri var.
Hansısa zaman daxilində hansısa məkanda nə qurulursa, onu görən nəsillər illər ötdükcə həm onu adı ilə çağırır, həm də təhtəlşüurdan silə bilmir.
Mən ""Kitab evi"nin yanı" ifadəsini indi də işlədirəm.Zəruri qeyd: Əli Həsənov "AzərKitab" deyilən nəhəng və işlək bir quruma ət və kolbasa işinə baxan kirvəsini rəhbər qoydu.
Onlar məqsədlərinə çatdılar. Ət və kolbasa əmtəəşünası bir neçə ildən sonra "AzərKitab"ın ləğvinə nail ola bildi.